Sponsor Reklam

postheadericon Lyambliozun əlamətləri və müalicəsi

Lyambliya sağlam şəxslərə hansı vasitələrlə yoluxur?
Lyambliozun yoluxması su, qida məhsulları və məişət – təmas yolu ilə baş verir. Uşaqlar arasında yoluxma əsasən çirklənmiş uşaq oyuncaqları, məişət əşyaları və yataq dəstləri vasitəsilə baş verir. Meyvə, tərəvəzlər vasitəsilə də lyambliyaların yayılması mümkündür. Bəzi həşəratların bağırsağlarından lyambliya sistlərinin aşkar edilməsi xəstəliyin bu canlılar tərəfindən yayılma ehtimalını daha da artırır.

- Xəstələlərdə hansı əlamətlər olur?
Lyamblioz əsasən klinik əlamətlərsiz davam edir. Yalnız 10-12 faiz xəstələrdə klinik əlamətlər müşahidə edilir. Lyambliozun klinik əlamətləri 1-2 gün davam edərək yarımkəskin sonra isə xroniki formaya keçib mütəmadi olaraq kəskinləşmələrlə müşahidə olunur. Xəstəliyin klinik əlamətləri yoluxmadan 15-20 gün sonra müşahidə edilir. İlkin əlamətlərə ürəkbulanma bəzən qusma, bağırsaqlarda köp, epiqastral (mədəüstü) nahiyyədə tutmaşəkilli ağrılar, nəcis ifrazınn pozulması kimi əlamətlər aiddir. Bu zaman xəstələrdə nəcis ifrazının tezləşməsi, pis iyli, yağaoxşar nəcis ifrazının olması müşahidə olunur. Bəzi hallarda isə xəstələrdə üzdə və bədəndə allergik səpgilər, dəridə qaşınma, ağır hallarda isə yuxarı tənəfüs yollarının xəstəlikləri olan şəxslərdə bronxial astma tutmalarına bənzər tutmalar müşahidə olunur.

- Lyambliozun öd yollarında da dəyişiliklər edə biləcəyi bildirilir?
Ümumiyyətlə, lyambliyaların öd yollarında və öd kisəsində yerləşib parazitlik etməsi tibb elmində sübut edilməyib. Hətta alimlər müəyyən ediblər ki, qatı öd və mədə şirəsi bu parazitlərə öldürücü təsir göstərir.

- Bəs hansı orqanlarda dəyşiliklər törədir?
Lyamblioz əsasən nazik bağırsaq xovlarında yerləşərək bağırsaq pozğunluğu verir, bu da nəticədə disbakteriozunun əmələ gəlməsinə səbəb olur. Lyamblioz fonunda formalaşan disbakterioz zamanı bağırsaqlardan yağların, vitaminlərin, karbohidratların, zülalların sorulmasının pozulması baş verir. Bu da orqanzmin immun statusunun aşağı düşməsinə, yanaşı gedən xəstəliklərin kəskinləşməsinə və ikincili infeksiyaların inkişaf etməsinə səbəb olur.

- Uşaqlarda lyamblioz zamanı hanşı əlamətlər olur?
Uşaqlarda lyamblioz əsasən nevroloji simptomlarla özünü biruzə verir. Lyambliozlu olan uşaqlar adətən çox ağlayır, inadkar, əsəbi olur, gecələr pis yatır. Bu əlamətlərlə yanaşı uşaqlarda mədə-bağırsaq pozğunluğu da müşahidə edilir.

- Xəstəliyin diaqnostikası necə aparılır?
Lyambliozun diaqnozu yalnız və yalnız nəcis və onikibarmaq bağırsaq möhtəviyyatının müayinəsinə əsasən qoyulur. Yəni nəcisdə lyambliya sistlərinin aşkar edilməsi diaqnozu təsdiqləyir. Nəcis və bağırsaq möhtəviyyatını götürdükdın 15-20 dəqiqə müayinə edilməlidir. Əks halda lyambliya sistlərinin məhv olması nəticəsində onu aşkar etmək qeyri-mümkün olur.

- Bəzən xəstələr nəcisi səhər götürüb günorta saatlarında analizə verirlər, onda belə çıxır ki, orda lyambliya öldüyü üçün onu aşkar etmək mümkün olmur?
Lyambliyalar nəcislə xaric olandan 15-20 dəqiqə sonra məhv olur. Ona görə də onları nəcis ifrazından 1 saat sonra belə nəçisdən tapmaq qeyri mümkündür.

- Son illər lyambliozun diaqnostikasında tətbiq edilən müxtəlif aparatlar barədə nə deyə bilərsiz?
Lyambliozun diaqnostikasında tətbiq edilən müxtəlif aparatların müsbət təsiri elmdə öz təsdiqini tapmayıb.

- Amma bu aparatlar hal-hazırda tətbiq edilir? Son zamanlar ultrasəs müayinələrinin (USM) nəticələrinə baxdıqda lyamblioz diaqnozunun qoyulması hallarına da çox rast gəlinir…
Tətbiq edilən o dediyiniz aparatlar elmdən başqa hər şeydən xəbər verir. Bilirsiniz, lyambliyaların ölçüsü 5 mkm kiçik olduğu halda, onu həkim-uzist ultrasəs müayinəsi zamanı neçə aşkar edə bilər? Bu mümkün deyil! Ultrasəs müayinəsi zamanı lyamblioza diaqnoz qoyan həkimə NOBEL mükafatı vermək lazımdır.

- Bəs xəstəliyin müalicəsi necə aparılır?
Lyambliozun müalicəsində ən effektiv müalicə üsulu dərman preparatlarının tətbiqidir. Dərman peparatlarını təyin edərkən dərmanın əlavə təsirlərini, xəstənin yaşını, çəkisini, yanaşı gedən xəstəlikləri mütləq nəzərə almaq lazımdır.

- Son illər xəstələrə lyamblioz diaqnozu qoyaraq xəstələrin bağırsaqların yuyulması aparılır?
Bu hidrokolonoterapiya adlanır. Bağırsaqların yuyulması xəstələrdə qısa müddətli yüngüllük hissiyatı yaradır. Amma nəzərə almaq lazımdır ki, hidrokolonoterapiya zamanı bağırsaqlarda orqanzm üçün əhəmiyyətli olan bakteriyalar da (bifidobakteriyalar, laktobakteriyalar və s.) yuyularaq orqanzmi tərk edir ki, bu da sonradan disbakteriozun inkişaf etməsinə və lyamblioza məxsus klinik əlamətlərin hətta əvvəlkindən də kəskin davam etməsinə səbəb olur.

- Profilaktikası necə aparılır?
Əsasən şəxsi gigiyena qaydalarına riayət etmək lazımdır. Uşaq bağçaları, məktəblər və eləcə də evlərdə mikrobioloji cəhətdən təmiz sudan istifadə etmək lazımdır. Ümumiyyətlə, xəstələrin nəzərinə çatdırım ki, lyamblioz diaqnozu qoyularkən təşvişə düşmək lazım deyil. Əvvəlcə lyamblioza dəqiq diaqnoz qoyan elmi mərkəzlərə müraciət edin.Yəni diaqnozunuzun dəqiq olmasına əmin olun. Sonra da nəzərə alın ki, lyambliyalar həyat üçün təhlükəli deyil, hətta siz sanitar-gigiyenik qaydalara belə riayət etsəniz lyambliyalardan tam azad ola bilərsiz. Onu da bilməlisiniz ki, lyambliyaların ömrü 3-35 gündür. Yəni lyamblioz zamanı üzunmüddətli müalicənin aparılması məqsədə uyğun deyil.

 

141 Fikirlər - “Lyambliozun əlamətləri və müalicəsi”

    • emil:

      salam hekim.mumkunse mene komeklik edesiz.23yawim var 50kloyam 18yawimda48klo idim yeni mende kokelme getmir cox ariqm.halsizliq urek bulanma eseb iwtahsizlik mededeagrilar kop ve.s prablemlerim var.bir nece yerdequrtdan mualice alimaw hec bir deyiwiklik olmayib analizler lamblia ve askarid kicib.yemek yeyirem ama kokelmegetmir.men nece mualice. Ala bilerem hem qurddan hemde bu ariqliqdan xilas olmaq isteyire.kime muraciet edim.sag olun

      • Salam xanim sizde bu qurdlar varsa yemek yemekle kokelmeyinizi gozlemeyin cunki bu hem de sizde qanazligi var demekdir,mualice almaniz wertdir yalniz ondan sonra istediyiniz cekini ala bilersiniz.siz harda yoxlanmisiz hansi analiz ve hansi mualiceleri etmisiz

  • salam menim uwaqim 1 yaw 4 ayliqdi onun qarni aqriyirdi 4aya yaxin qarni aqridi hekime apardim nehayetki biri derdin tapdi dedi xronikidi rotobiotik ve nivqramon yazdi cox yaxwi netice verdi analizde verdim hec ne cixmadi bu yaxinlarda yene bawlayib qarni aqrimaqa4 gundu ki qarni aqriyir hemde 3defe qusub bugunden bawlamiwam yene rotobiotik vermeye eger kesmese ne meslehet gorursuz?xayiw edrem cvblandrasiz onceden tewekkur

  • Pediatr:

    salam,xanim,evvelce bir vacib seyi deyecem,eger sizin usaqda xroniki diareya varsa ve ya olubsa o zaman siz mutleq 3 yasa kimi pehriz gozleyeceksiz,yeqin ki,pediatriniz bunu size deyib.qidasina cox diqqetli olun,qarni aca bilecek,cetin hezm oluna bilecek,kohne qidalardan istifade etmeyin.Indiki problem etrafimizda olan her hansi yungul bir infeksiyanin mede bagirsaq yollarina dusmesile elaqedardir cox gunam ki.Amma her hansi duzgun olmayan qidadan da pozula biler.Bu halda ilk novbede ciddi pehrize kecmek,mayeni cox icirmek,bacarirsinizsa ramaska+rehidron qarisigi ile imale edin.dermani 5 gun verin,effekt olmazsa elaqe saxlayarsiniz.

  • cox sagolun xanim

  • Dilarə:

    Salam…Mənim uşağımın 5 yaşı var. Çəkisi 13 kq. Analizin cavabına əsasən qanı azdır və qanda vasplenya var. Həkimin dediyinə görə lyamblya qurdları 1-dən aşağı olmalıdır və 11 dəfə yüksək göstərir. Bunun müalicəsi haqqında məlumat istəyirik.

    • Salam qurdu varsa qani ve cekisi tebii awagi olacag qurdu temizlense onlarda normallawacaq.evdekilerde analiz vermelidir.cunki ola bilerki evde de kimdesw var bu uwagi mualice etdirsez bele tekrar yoluxma olsun.

  • seferova gunay:

    menim qizimin uc yasi var.sabahdan qurdun mualicesine baslayacam.bilmek isteyirem qurdun mualicesi zamani nece qidalanmalidi.hansi qidalardan istifade etmek olmaz

  • Aynur:

    Salam menim oglum 3 yasha kechecek, analizderi vermiwik chixib lyabla. Qishdan bu terefe vermediyim analiz qalmadi hechne gostermirdi amma uwaq butun gunu sepirdi ve qawinirdi aparmadigim hekim qalmadi here bir soz dedi here bir mualice yazdi amma yene de komek olmadi getdikcede chox ariqladi. Sepgi olunan yerler yalniz ayaq uz ve qollar. Axirda allerqoloqun yanina apardim chixndi lyablya(halbuki qiwdan bu terefe butun hekimlere ozumu oldururem ki, bu uwagin ichindedir ne ise deri sebeb deyil axirki, men deyen oldu). Indi Oglum ne yeyirsen shirin shey ve bawqa ne ise o deqiqe sepir ustu su kimi azaciq olsada su kimi olur uwaq qawiyan kimi olur yara. sonrada leke qalir ve chox muddetden sonra kechir ve yene de hemin yenilikler yene de bawlayir yene de konfet shirin shey yeyen kimi sepir filan bew bekan. Artiq ozumde bezmiwem ne qeder uwaga derman yedizdirmek olar. Atriq uwaq ozude bezib onu yeme bunu yeme bes ne yesin uwaq. Siz Allah imkan varsa mene komeklik edin artiq bir boyk heyacan var ichimde uwaq ariqlayib qiwda 20 kq idi xestelik tapandan sonra 2 heftenin ichinde oldu 13 kq. Axi 3 yawa kechcek uwaq nece 13 kq da qala biler. Wukur Allahada yeyen uwaqdie, aktivdir. Amma bu xestelik imkan vermir. Size bir SOS deyerek muraciet edirem, Umidvaramki, cavab ve komek olacaq. Evvelceden tewekkirler.

  • ayan:

    salam hekim evvelceden tesekkurler amma xahis ederdim tez cavab yazasiz usaqlarin 8 yasi var ekizdirler birinin qarin nahiyesinde gobek etrafinda sancilar olur bilmirem ne qurdudu necise normal gedir, bas agrisi yoxdur, ureyi bulanmir, gece agizsuyu axir, qasinmasi yoxdur,uzunde allergik sepgiler yoxdur,cekisi 35 kq dir, boyu normaldir gece dis qicamasi olmur,

  • ulviyye:

    salam.menim oglum 8 ayliqdi.2 ayliqda necisin ekdirdim disbaktorioz cixdi/mualice eletdirdim kecdi.indi yene ekdirdim yene eyni netice oldu.bu defe hekim basqa mualice yazdi/.esitdiyime gore usaq hem de pehriz saxlamalidi/ zehmet olmasa komek ederdiniz,pehriz de neler olmalidi ve ne yememelidi.evvelceden tesekkurler

  • gunay:

    Salam, qaraciyarda va ya od yollarinda da lyambliya olur?chox sag olun.

  • Elmar:

    Salam menin oqlumun 4 yaşı var 1ildirki öskürəyini kəsə bilmirdik.Terapevdə müraciyət etdik dediki hem qurddandı,həm də alergikdi.Bizə analiz verməyi məsləhət gördü və dediki görün hansı qidalar ona alergiya verir.Bizdə hekimin dediyi kimi etdik və analiz verdik.Lakin analizi venadan aldılar 1həftədən sonra cavab çıxdı və oğlumda lyamblya qurdu aşkar olundu.Oğlum çox iştahasız uşaqdı hər şeyi yemir,hər bir şeydən iyrənir bir yediyi kartof qızartmasıdı.İndi müalicə edirik yenə helə iştahasızdı.Lakin oğlumun qara ciyəri sağlam çixdı;ödü isə az çöküntülü oldu dedilərki oda qurddandı.İndi bilmək istəyirəm biz müalicədən sonra yenə analiz verək əvvəlcədən təşəkkürlər

    • Salam xanim mualiceden sonra mutleq analiz vermelisinmiz qeyd edim ki mualice 1kurs olmamalidir fasileden sonra novbeti kurs mualoice almalisiz

  • Nilufer:

    Salam , Oglum 1 yaw 10 ayliqdir , 3 gundur Analiz vermiwik ve neticede Lyamblioz igG 7,8 / Askaridoz 1,5 Cixib . Qara ciyerin Divalari qalinlasib . Mulaice gotururuk Sadece Bilmek isdiyirem ki Bu mualice ile tam sagalacaqmi ? ve birde nece qidalanmalidi iwdahi yoxdu deye hec ne yemir .

    • Salam,elbetde sagalacaq bu cox uwaglarda olan problemdir qidasina fikir verin yagli duzlu edviyyatli yemekler az verin

  • Gulya:

    Salam.Menim qizimin14 yasi var, iki defe ara vermekle mexmirek kimi sepip hem de bedeni qasinirdi. hekim ovre diaqnozu qoydu mualice yazdi. qan analizi verdik IQJ (XRONIKI YOXLAMA) analizin neticsi 1.5 amma norma 1.1 olmalidir. Bu ne demekdir yeni lyamblya var? tesekkurler…

  • gulwen:

    salam.oqlumun 13 yawi var.iyrenme,seher vaxti qarin sancilari,urek bulanma,yalniz qizarmiw bezi yemekleri yeyir,esebi,oz-ozune aqlama,sixilma ,hedsiz mohkem sesle geyirmesi hallari onda gorduyumden,infeksianiste apardim.qara ciyer palpasiyasinda 1 qeder boyume muwahide olundu.neciz analizi lyamblia,1 qeder gobelek gosterdi.eyni vaxtda teyin olunan dermanlari qebul edirDozolik-2defe,ALBENTOKS-2 DEFE,ALLOXOL-3DEFE,HEPATENAL-2/1 2DEFE,MAQNI-SULFAT-2 QAWIQ ICMEK,TRIXOPOL 2 DEFE. 2-CI GUN UWAQDQ GUCLU BEYIN GERGINLIYI,BAW AGRILARI COX NARAHAT ETDI.HEKIMIN MESLEHITIYLE TRIXOPOLU SAXLADIQ,DOZOLIKI DE YARIYA ENDIRDIK.YENE O HALLAR KESMEDI.PEDIATRIN MESLEHETIYLE TAM DAYANDIRDIM.AMMA 1 HEFTE MUALICE ALIB,6 LBENTTOKS,8DOZOLIK,9HEPATENAL,VE S QEBUL EDIB.XAHIW EDIREM,DEYIN,NECE DAVAM EDEK/? HER GUN CUGUNDUR,KOK,ALMA WIRESI VERMEYE CALIWIRAM,COX CETINLIKLE AZCA ICIR,UREK BULANMA VERIR. TEWEKKUR.

  • Əhməd:

    Salam doktor mənim oğlum 11 yaşındadır.Müayinə vaxtı onda lambila qurdu və aeroginoza mikrobu aşkar olundu. Həkim müalicə yazdı, ancaq uşağın sancıları azalmır, iştahdan demək olar ki tam kəsilib, nə yeyi tez qusur. Qurda qarşı Qepatalak və trikasayd yazıb. Sizcə bu əlamətlər nədən ola bilər

    • Hepotolak qurda gore deyil qebizliye goredir.Trikasayd ise lyamblya ucundur,mualiceni tam elemek lazimdir 1 mualice ile de kecmir yeniden analiz verib bir muddet aradan sonra yene mualice almaq lazimdir

  • Heyran:

    Salam. Menim qizimda qan analizi zamani lyamlia askar olunub . Giardia lamblia IgG-1.62 netice . VERAZOL hekim teyin edib bu qurd aile uzvlerinin hamisinda ola bilermi? LYAMLIA mualicesi zamani pehriz nece olmalidir sud icmek olarmi?

    • Salam aile uzvleri de yoxlansa meslehetdir cunki cox yoluxucudur,uwagin pastel ortulerini tez tez deyiwin ve qaynar suda yuyun,derman mualicesinden sonra bir de yoxladin

  • Firuze:

    Salam. Menim oglumun 5 yawi var.2,3 il olarki, gece yatarken diw qicamalari,agiz suyunun axmasi,urek bulanma,be’zen qusma hallari baw verir.Guvenilir bir kilinikada venadan qan analizi goturub lambiliaya qarwi analiz goturuldu,ve netice pozitif cixdi. Internetden bu xesteliyi arawdirirdim orda oyrendim ki, bu qurdun awkar edilmesi ucun yalniz necis analizi goturulmeli,ve en gec 20 deqiqe erzinde yoxlanilmalidir.Sualim bundan ibaratdir ki,lambilianin awkar edilmesinde hansi analizden istifade edilmelidir? Qan yoxsa necis? Ve mualiceden sonra tekrar analiz etmek lazimdirmi? Evvelceden tewekkur edirem

  • kifayet:

    salam

  • kifayet:

    salam hekim.menim nevem 2 yas 9 ayliqdi. qan analizinde lyambla askarlnib.od yollarinda. ama men cox yerlerde oxumusam ki lyambla odun tesirinden mehv olur.hahsina inanim?

  • kifayet:

    hekim bir de nevemin dalaqi da boyuyub bu lyambladan ola bilermi?

  • habil:

    salam.menim 26 yasim var.qan analiz qurdum oldugunu gosterib.hemde mede bagirsaqda xora ve eroziyalar var.arigam . kokelmirem.tez tez aciram.bunu nece muayine etmek olar&cox sag ol

  • ramin:

    uwaqlarimda lyambda qurdu var.deyirler1st cuqundur soku,1st kok soku,2limon wiresi,50q kanyak bu qariwiqi her gun 3defe daxile qebul etmek lazimdir.doktor bu uwaqlara zerer deyil xahiw edirem cavab yazin.birde yadan cixdi her gun bu mehlulu 50q qebul edirler.bu qariwiqi vermek olarmi?

    • Salam terkibine kanyak elave edib uwaga vermeyi hec meslejet bilmirem derman mualicesi olmalidir ve bununla yanawi ,balqabag tumunu blendrden cekib bal ve doyulmuw sarimsaq ile qariwdirib ag turpun icini oyaraq onun icine doldurun ve qaranliq wkafda 3 gun saxladiqdan sonra her gun 1 qawiq seher uwaga yedirdin

  • Vusale:

    Salam hekim Size sualim var mumkunse cvblandirin.. Menim qizim 4 yasi var 17 kilodu.artim. hiss olunmur. Yemek yaxsi yemir, istahasizliq var onda. Qarninda sancilar olur yatanda dislerini qicayir. Tez yorulur. Sizce bu neden ola biler. Mumkunsee bunun qarsini nece alacagima mene komek edesiniz. TWKLER INDIDEN

  • Emil Eliyev:

    Menim 17 yawim var. boyum 177 cekim 62 kilodu. lyambliya ucun hansi dermanlardan istifade etmeyimi meslehet gorerdiz? hec bir allergik xesteliyim olmuyub.

  • Nermine:

    salam cox xaiw edirem mene meslehet veresiz men bir nece il once analiz verdim mende lyamblya cixdi mualice aldim biraz uzumde bedenimin mueyyen yerinde qawinma olurdu yumru halqa kimi boyuyurdu,mualice alandan sonra qawinti olmadi ama men biliremki tam mualice almadim ve hal hazirda cox uzr isteyirem alt paltarimda herden ag naziq balaca qurd gorurem men ne edeceyimi bilmirem,birdeki cox kokem ve hedden cox kopum var qurdla bagli ola biler?1 defe hydrocolona getmiwem mene dediki qebzliyim var cox xaiw edirem mene meslehet verin

  • Fidan:

    Salam,doktor.Menim oglumun qolunda ag xirda lekeler peyda olub.men ne edim.ala ola biler?

  • Nermine:

    doktor tewekkur cavaba gore zehmet olmasa deyerdizde kokluyum bununla elaqesi ola bilermi?

  • jale:

    Salam.menim wizim 3 yasindadi onda qan ansliz verdik lambila cixdi normal 1.1 olmaliydi 1.4 cixdi yeni normadan cox.bilmek isterdim 3 yadli usaga ne derman verim qebizlik olur 3 gunden bir bayira cixir birde elinde ayaginda qasinmalar olur.

  • mel:

    Salam doktor menim 24 yasim var 48 kiloyam cekimi artirmaq isteyirem artmir isdahaimda heddinnen cox yeyirem ama yenede artmiram geceler yatanda dislerimi qicayiram agziminda suyu axir uzumde sizanaqlar var ve cox esebiyem usaqliqdan mualice almisam ama tesir etmir mumkunse mene komek edesiniz

  • sabir:

    salam hekim.menim 22 yasim var boyum 1.85 cekim 70 kg ne seher ne axsam istaham olur amma gunorta cox yeyirem amma cekim artmir.Qanimi yoxlatmisam hec bir sey yoxdu mende cekimin artmamasi neden ola biler?

  • sabir:

    xeyr yoxlatmamisam.qurddan ola biler?

  • nigar:

    Salam.menim 26 yawim var mende qurd var ve uzumde esasen ciyin hissemde sepkiler olur ve sacim dehset tokulur mene ne meslehet gorerdiniz hansi dermani qebul etsem mende buna sonqoyular yuz faiz qurd var mende

  • sekine:

    salam 18 yasim var qandan analiz verdim lyamblya cixdi. evliyem yoldawima kecme ehtimali var? Mualicesi var?

  • Nermin:

    salam men artiq 2 gundu mualicə aliram necisden analiz verdim Sağlam Ailə klinkasnda qurd cxmadi amma qandan verdim sonra lyamblya aşkar olundu Hekimim mene 5 gun Zentel dermani icmeyimi ve paralel olaraq heraxşam sarimsaq uduram ve gun erzinde temzlenmş balqabaq tumu yeyrem bunlari mene 1 ay etmeliyem. Yeni men bilmek isteyrem ki bunlari etsem lyamblyadan azad ola bilerem?

  • Nermin:

    1) Anti Lamblia İgG 1.1 Pozitiv (+) 0.9-1.1 Şübheli 2) Anti Lamblia İgM 1.1 Pozitiv (+) 0.9-1.1 Şübhəli 3) Anti Lamblia İgA 1.1 Pozitiv (+) 0.9-1.1 Şübheli 4) Anti Ascaris lumbricoides IgG 0.33 Pozitiv (+) 0.28-0.33 Şübheli 5) Anti Echinococcus IgG 0.188 Pozitiv (+) 0,159-0,188 Şübheli

  • Aliya:

    Salam hekim Mende bedenimin her yerinde qawinma olur ve onlar kopewiyir.Sonra ozu kecir bir xeyli qawindiqdan Sonra.analuz verdim ascardiz cixdi mualice aldim Sonra qanimi da Deyishdiler xeyri olmadi.mene eziyyet verirQebizlikde olur.indi de deyirler belke lambladir.ondan mualice yaziblar ya da deyirler sistem kocurt 44- 5dene kececek.ne ede bilerem

  • Nermin:

    Analizin cavablai budur

  • kemale:

    Salam doctor menim 25 yasim var odumde lyambliya var 2 defe yuduzdurmusam, ustunden 2 il kecib yene ariqlamaga baslamisam ne etsem de kokele bilmirem. Yaddas pozgunlugu, basim da keylik, bas agrilari da olur, Bu qurdla elaqedar ola biler? 9 ayliq korpede bizquyruq qurdu askar olub bu ne derecede tehlukelidi?

    • Salam siz de de uwaqdada analizler verlmelidir hem qanda lyamblya hemde necisin analizi

    • təranə:

      salam həkim.Məndə endoskopiyada reflüks- ezofogit və onkibarmaq bağırsaqda 5-6mm xora aşkar olunub. İki aydır ki , müalicə alıram hələ də ağrılar olur.Soruşmaq istərdim bu reflüks-ezofogit sağalandır.Bu haqqda məlumatınız varsa mənə yazın.Təşəkkür edirəm

  • elay:

    salam.29yaşim var.qananalizinde liamblia İgG 5.5 cixib.uzumde şişmeler olur.esebiyem.hekim dedi-övredir.qurd ve allergiyadan cox mualice göturdum.netice yoxdur.xahiş edirem mene yol gösterin.hamilelik olar?

  • elay:

    salam.artiq 2-ildir eziyyet cekirem.pehrizimi pozan kimi,bezi dermanlari qebul eden kimi veziyyetim gerginleşir.cox xahiş edirem mene kömek edin.

  • natavan:

    salam men 22 yasindayam son iki ildir umimi deri sethimde dehsetli quruluq var ve vaxt kecdikce artir vitaminler qebul etdim olmadi heckimde elactapa bilmir> menim uzum cox yagli olub evvelden hetda elinle silsem elimdede yag qalardi indi ise o gunlere hesretem dus qebul edende bir il olarki sabundan istifade etmirem cunlki beden derim pul pul olub soyulur ve bu bir il erzinde hec beden derimi yagli oldugun gormemisem/ men prablem nedir bilmirem getdikce ariqlayiram soluram gozlerim cuxurlasir ezelelirme zeiflik hissedirem niye& bu sual meni bezdirib

  • Rovshan:

    Salam.Odumde ve en coxda kureyimde aqri olur.USM-de ödde durqunluq,qum denecikleri ve ödde eyrilik var.Bu neyin elameti ola biler.

    • Salam,qaraciyer nahiyesinde problem olanda agrilar kureye de yayilir.odqovucu preparatlar ve yagsiz pehriz size komek ede biler

  • Sevda:

    Salam .Qizim 7 yasindadir. analiz vermisdik qanindan melim oldu ki ,anti-lamblya 1.2 dir .Bu cox qorxuludur?ve tebii nece mualice ede bilerem.
    Evvelceden tesekkur

  • Sevda:

    Salam .Analizin neticesine gore Anti -lamblia IgG 1.1 pozitive (1.2 cixib teste esasen). Bilmek isteyirdim bunu tebii yollarla nece etmek olar?
    Evvelceden tesekkur

  • Ayan:

    Salam, mende lamblia intestinalis lgG ve askaris lumbricoides lgG askar olunub, 19 yasim var, cekimde gunu gunden azalir, cox arigliyram, hekime getdim, resepte mene siroplar, xolosas, qlistofit kimi dermanlar yazblar, men nece edim cekm artsin

  • leyla:

    Salam doktor.mende 1 ile yaxindirki ariqlama.bash gicellenme,urek bulanma hiss edirdim.ara ara gedib gelirdi bu hallar.3 gun evvelde geceler qashinma hallarina rastladim.ve klinikaya getdim.aparatla lyamblioz,ve askarid oldugunu mueyyenleshdirdiler.necisde 3-4 defe analiz vermeliydimki qurdu tapa bilsinler.ssizce aparat duz demeyib.ve aparatla qurdu oldurme.parcalama var,o aparata. Yazildim,ama dermanda icirem,ve uzr isteyiremimalede olunacaq kurs zamani.sizce komeyi olacaqmi? Tamamile temizlenmesini isteyirem cunki,teshekkur edirem.

    • Salam imedius aparatindan sohbet gedir o aparat tamamile baw aldatmadir oz fikrimizi deyim size,aparatla temizlenecem deye ne qeder maddiyat serf eliyeceksiz effekti de olmayacaq acigini deyim,yalniz hemin aparatla temizledim deyen yerde size artiq qurd yoxdu deyecekler bunu elemekdense necisden umumi analiz ve qanda ig G ig M lyamblya yoxladin ve adi derman mualicesi ile tam musbet effekt alin

  • Sima:

    salam doktor,
    Tesekkur edirem deyerli vaxtinizdan bize ayirdiginiz ucun.
    14.02.14 tarixinde artiq bezerek hekime getdim.nece ildiki 3 4il olar ki sadece yalnizzz qis aylarinda soyuqlar baslayan vaxtlar uzumde belli nahiyelerde qizarti ve derinin hedden artiq qizarmasi kimi yarayabenzer quruluq bas verir men deyirdimki hemise yeqinki derim cox qurudur belke de ondandi deye ama bir qiz var idi o deirdiki bunlar mandalindendi mense bu il yemedim sebr eledim ama gordum ki yox barmagimin ustunde yene cixdi bu meyvelik deil ve nette arasdirma eledim bu quruluq seboreik daha cox dermotite benzeyirdi goruntu olaraq ama yalniz bu il gozumun 2sinin de ustunde cixib yeni dermotitin o novunde ise bas derisi ve s bolgelerde askarlanma olurdu ve belirtileri mene uygun deildi . dunen hekime getdik hekimin mene ele gelirki hec anlayisi yox idi cunki konkret mene cavab vere bilmedi.ya dedi soyuq sevensenmi ya ne ya qisqandi dedi soyuqdandi dedi sonra mene dediki bagirsaqlarin yaxsi yiqilmir ondadni sonda ise dediki get analiz ver lambia analizi.anailizi qandan verdim.ve netice sadece bele idi ancaq kagizda neticede bunlar yazib xahis edirem diqqetle oxuyun sizin bildiklerinizin sizin verdiyinizin cavalarin hec 10da 1ni bilmirdi belke de hec.netice ———- ANTI Lambia intestinalis lg G ———————-NETICE 1.06 ———————–Normativler; Negativ 1.1 NU bu ne demekdir bir dene derman yazdibifiform rusyanin 1 ay.bir dene de symptoderm mazini yazdi,ama yekun vaxtin bunda yazmayib.derim cox qurudur bu problem 3 4 ildi var mende agiz kenarimda bokinbord hissemde goz etrafinda ve 1 defe de barmagimda olub.20 yasindayam 60 kiloyam istaham da yaxsidi ne urek bulantim ne baska bir sikayetim olMAYIB sadece 2 3 ilde 1 ayliq bir hal oluirdu ki yatanda agzimdan su axirdi ama bu yralarla eyni vaxt dusmurdu.xahis edirem bir elc tapin ya meslehetli yaxsi hekim ya etrafli analiz meslehet edin zehmet olmasa.uzun olsa da etrafli yazdim ki derdimin dermani tapilsin

    • Salam,sizde netice neqativ cixib,ancaq qiw aylarinda olmasi qurdun wubhesinden cixarir,deri problemine daha cox oxwayir.olAR ki weklini cekib gonderesiz?bura gondere bilmesez facebook sehifemiozin mesa bolmesine-hekimedir yazib gonderin men baxacam.sehifenin adi korpemdir

      • sima:

        ANTI Lambia intestinalis lg G ———————-NETICE 1.06 ———————–Normativler; Negativ 1.1 NU —————————Pozitiv 0.9 NU cixmisdi aha bu gun gonderecem seklini maraginiz ucun tesekkurler

  • selime:

    salam. qizimin 16 yasi var.2 ay evvel kureyinde sepkiler emele geldi ve qasinir .hekime gosterdim tukbasqurdu var dedi derman ve maz yazdi .kecmedi 1ay sonra yeniden apardim basqa maz ve derman yazdi.kecmisdi 10 gun sonra yeniden basladi. ne ede bilerem?meslehet verin. tesekkurler

    • Salam hekim hecbir analiz etmeden dedi qurd var e mualice etdi?bu cox yalniz taktikadir necisinden analiz verin ilk novbede

  • Elza:

    Salam hekim menim qizmin 5 yasi var qanindan analiz verdim lambia 3,9 cixdi. Hekim 3ayliq oqlum var bu qurt usaqa kece bilermi?

  • Fidan Goral:

    Salam Dr. menim oglumda 7,8 liambla cixib 6 yasi var hekim mualice yazib… tres orix forte, xolosas, novornid, twinazid hamisini tam deqiq edirem yazdigi pehriz kagizindan hecne basa duse bilmirem yazig usag ancag suda bismis duyu ve makaron yeyir 8 gundu uje mende bezmisem usagda bilmirem ne yedirim Xais edirem mene ne yedireceyim baresinde komeklik ederdiz . Burda oxuduglarima gore en yuksek menim oglumda cixib qeyd edimki qandan analiz vermisik cox qasinmasi var uzunde qolunda sepgiler var ona gorede allerqoloq lorin sirop ve dekomb maz yazib qebizlik problemi yoxdur . BU yukseklikde gostericini mualice ile sagalda bileceyikmi Allahin izniyle . Oxudugunuza ve cavablandirdiginiza gore cox tesekkur edirem.

    • Salam beli elbetdeki sagalacaq ama bir kurs mualice ile dayandirmayin yeniden yoxladin ve yeniden mualice olunsun biraz uzun ceke biler mualice ama musbet netice olacaq,sepgilerin sebebi de lyamblya ola biler ele.yagli qidalar agir qidalar vermeyin

  • Refiqe:

    Salam.xais edirem mene komek edin. 19 yasim var 2-3 ildiki lyablyadan eziyyet cekirem ve men burda yazilanlarin eksine kokelirem. Yemekde yemiyende qarnim sisir. Getmediyimiz hekim qalmadi. Mualice vaxti ariqliyiram ama mualice biten kimi yene bedenim sisir. Qarnim durduq yerde sisir.hekim dediki qurda goredi.ayaqlarim ve qollarimda cox sisr. Ancaq qurda gire mualice alanda kecib gedir.bu haldan cox bezmisem.ozume kompleks elemisem bunu. Mene ne meslehet girerdiz?

  • Refiqe:

    Qan ve necis analizinde musbet cixdi. Birde mende deyilene gore sol yumurtaliqim sisir sag yumurtaliqdada funksional kistavar. Sisme bundan ola biler?

  • selime:

    salam doktor tukbas qurd yumurtalari necisle xaric olarsa gozle gorule bilermi tesekkurler

  • Refiqe:

    Salam. Xeyir artiq davam etmir. Bir nece yerde mualice aldim. En son aldigim yerde ancaq bitkilerle mualice olunurdum. Sora yaxsi oldu 1nece gün. Bagirsaqlarim yuyulandan sonra daha pis oldu. Ve sisme yeniden basladi. Unide oxuyuram, ama bu sismeden yaranan komplekse gore derslere getmek istemirem. Artiq hara muraciet edeceyimide bilmirem. Birde lyamblya qaraciyere leke sala bilermi?

    • Salam men burda olmadigim ucun bir muddetdir sualar cavabsiz qalmiwdi eger sualiniz hele de kecerlidirse wikayetinizi yaza bilersiniz;

  • arzu:

    Salam hekim.men bilmek isteyirdimki,necisde hamsi qurdun yumurta ve ya sistaları adı gözle gorule biler?cunki bir müddet evvel men öz necisimde(uzr isteyirem)ölçüsü 1-2mm olanqara rengli biraz bugumlu kimi qurd yumurtaları gördüm;özü de coxlu idi.bu hansi qurdlarin yumurtası ola biler texmini?teşekkür edirem

  • aynur:

    Salam,oglumun 9 yasi var 1 ildi lyamblyadan eziyet cekir birinci sefer analiz verende 2.8 cixdi 3 kurs mualice eletdirdim yaxwi idi,sonra yene analiz verdim 1.8 cixdi bu yaxwi haldir mi,yoxsa yene mualice lazimdi?

  • saida:

    salam xanim menim qizimda 100% qurd var bu proseslerin coxu demeke olar ki kecirdir hemde men. ozumdr gormisem biz qurdu onda mayine eletdirdim amma yene var usaqimin 5 yasi var srop icmir verazol tabletlerinden versem.ziyan olmazki xais edirem cavablandirin

  • nadir:

    Salam hekim 26 yasim var bedenimde sepkiler ve siddetli qasinma var tibb elmler doktoru professor Kamal Haciyevin yanina getdim alergiya deyil dedi tuk vezilerindendi dedi mualice yazdi xeyri olmadi qandan analiz verdim lymablya musbet cixdi mualice etdirmirem hazirda sepkiler uzume vurur yavas yavas kime muraciet etmeliyem siz harda isleyirsiz ?

  • nadir:

    bedenim sirniyyat teleb edir istaham da pis deyil cekimde normaldir xahis edirem bir sey meslehet gorun mende indiye qeder bele bir sey olmayib uzumde sepki zad olmayib 3-4 aydi qasinmadan eziyyet cekirem sepkilerde baslayib unvan verin yaniniza gelim

  • Natavan:

    salam hekim .men usaqlarin analizini verdim. lyamblya cixdi. hekim ilk novbe bagirsaqlarin berpasina mualice yazib cox yazib gelmizol,verazol,,makmiror,riaset.qeyd edim ki bunl;ari merhelelerle yazib

  • Natavan:

    cox narahatam. ode qaraciyere bu qurd ne derecede tesir gosterir? evvelceden tesekkurler

  • Qenire:

    Salam menim 5 yaslı oglumda qan analızınde Lamblia intestinalis İga+İgG+İgM 11.6 cıxdı ne meslehet gorerdınız?

  • Elxan:

    Mənim 16 yasim var.Həkimə getmişik lambliya qurdu aşkar olunub, müalicə yazilib indidə bütün bədənim səpib.Bütün günü bədənim qaşinir.Getdik dəri həkiminə dermalux, allerol yazdilar amma yenə də xeyri olmur.Əgər mümkünsə fikrinizi bildirərdiniz.Saq olun.

    • Salam deri problemdi deyil cox guman ki lyamblyaya goredir derinize nese mualkice elemekle problemi aradan qaldira bilmeyecksiz lyamblya mualice olunmalidir

  • sevil:

    salam.mənim 26 yaşım var.seher havaya çıxan kimi kop oluram,bu gun erzinde davam edir.amma evde olanda olmur.ancaq havaya cixanda olur,sanci da verir arada.bu nə ilə əlaqəli ola bilər?

  • Aynur:

    Salam, hekim. Menim 18 yasim var.Qanim azdir.Evveller dirnaqlarimi yeyirdim.Mende qurdun oldugundan eminem.Lakin mualice etmeye qorxuram.Men bezen qarnimda neyinse gezdiyini hiss edirem,Size sualim budur ki bele sey mumkundurmu?Yemek yeyen zaman qarnimda neyinse terpendiyini gezdiyini hiss edirem.Surekli agrilarim olur, mede bagirsagim qaydada islemir.cox Uzr isteyirem ,qurdlar yekedi , birden men gorerem onlri dusende deye ayaqyoluna getmirem,ozumu son noqteyecen saxlayiram.cox qorxuram,bir kinoya baxandan sonra bele oldum,normalda da cuculerden qurdlardan cox qorxuram,qalmisdi orqanizmamda yasayan bir qurddan :( Mende psixoloji bir durum var,geceler dusnurem yata bilmirem. Hekime getmisem,lakin mualiceni etmirem,qurdun bedendenden xaric oldugu zaman hiss edilirmi?bir de hekim,men normal cekideyem,ariq deyilem,eksine kokem.cox tez tez aciram,ama buna baxmayaraq 1heftede 1defe ayaqyoluna gedirem.Jnsan bedeninde yasaya bilecek en boyuk qurdun uzunlugu ne boydadi ,hekim?menim mualiceye baslamaq ucun sohbete psixoloji desteye ehtiyacim var.ozumle bu barede cox sohbet etsem de bacarmiram,hekim.mene komek edin :(
    Oxudugunuzcun,ve cavablandirdiginizcun tesekkur edirem :(

    • Salam xanim narahat olmayin duwunmuremki sizde ele olcude qurd ola ki siz onu hiss edesiz.qorxursuz deye sizde psixoloji yaranir bu hal.siz once necisden umumi analiz verin aydinlawdiraq gorek umumiyetle sizde qurd varmi varsa hansi qurddur?belke hec sizde qurd yoxdu neye gore qorxudursuz ozunuzu.olsa bele olcusu ele boyuk olmayacaqki size narahatciliq toretsin inanin mene.en birinci analizi verin ve mene yazin men size komek etmeye caliwaram

  • aysu:

    Salam. Hekim. Menim 20 yazim var cekim 47. Analiz vermisem askarid qurdu askarlanib. Hemise elimde catlar emele gelir. Bezen de qasinti. Esebiyem. Hekime muraciet etdim zentel dermani yazdi. Ancaq aybasi muddetinde onu atmaq olarmi ? Cunki evvelce ikisini atmisam. Birdeki hemin qurdlar tokulerken necisde mutleq gorunmelidir?

  • aysu:

    salam hekim. bir sey de sorusum.derman 5 gunluk yazilmisdi mende icdim. ama qurdlarin tokulmesine emin deyilem. bunu nece bile bilerem. umumiyyetle zentel dermani tesir eden dermandi? meselen mende hele kokelme yoxdu. ve elimde biraz qasinti var. xais cavab yazardiz.

  • ramin:

    salam hekim.menim 30 yawim var,cekim 40kq boyum 150sm-dir ne edirem kokele bilmirem siz ne meslehet ederdiniz ne edim hansi mualicelerden kecim ki bir az kokelim cox ariqam.birde her aybawi olandan sonra tezyiqim duwur cox uwuyenem,ayaqlarim cox vaxt soyuq olur

  • ramin:

    salam hekim 30yawim var,cekim40kq boyum150sm-dir ne edirem kokele bilmirem.siz ne meslehet ederdiniz ne edimhansi mualicelerden kecim ki bir az kokelim cox ariqam.birde her aybawi olandan sonra tezyiqim duwur cox uwuyenem,ayaqlarim cox vaxt soyuq olur

  • fleur:

    Salam.texmini 2 aydi alergik sepgilerim var.hekim ovre oldugunu bildirib.mualice ala ala hamile oldugumu bilmishem.genekoloq dermanlari dayandirmagi meslehet gordu.dermanlar dayanan kimi sepgilerim artir,qashinma eseblerimi pozur.umumiyyetle ovrenin hamileliye ve ya dole ne kimi tesiri var?

  • fleur:

    Zehmet olmasa sualimi cavablandirardiniz
    Ovre xesteliyinin mualucesini ala ala hamile qalmisham.dermanlari saxlamaqla qashinma sepgiler daha chox artib.hamileliye dole ne kimi tesiri var bunun? Chox sagolun

  • ilham:

    salam menim 10 yasim var .kilom 50 ye yaxindir mende blastaystis haminis qurdu var menim agrilarim coxdur xais edirem mualice veresiz urekbulanmalarda olur

  • Salam siz muayine olunmalisiz ve mualice olunmalisiz online size resept yaza bilmerem

Fikir bildir

Banner
Facebook
Təqvim
Nisan 2014
Pts Sal Çar Per Cum Cts Paz
« Mar    
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Reklam
sound x
Qadınların Söhbət Klubu

Mesajları görə bilmək üçün hesabınıza daxil olun...
Daxil ol | Qeydiyyat


Login:




Parol:





Mesaj: