Sponsor Reklam

postheadericon Uşağın çəkisi niyə artmır???

Uşağın çəkisinin defisiti (orta aylıq çəki artımı 600 qramdan az olduqda) hipotrofiya və ya paratrofiya adlanır. Çəki defisiti nə qədər çox olarsa, hipotrofiyanın dərəcəsi də o qədər çox olur.

Belə ki, əgər uşaq 3500 qr şəki ilə doğulubsa və 3 aylığında onun çəkisi 5000 qr-dırsa, onda olan çəki defisiti 300 qr təşkil edir. Bu 1-ci dərəcəli hipotrofiya sayılır. 2-ci v

ə 3-cü dərəcəli hipotrofiya ciddi problem hesab olunur və müalicə tələb edir.

Çəki artımının pis olmasının 3 qrup səbəbi olur. Birinci qrup səbəblər – qeyri-adekvat, balanslaşdırılmamış qidalanma. Ana südü ilə qidalanan uşaqlara ananın südü, sadəcə olaraq azlıq edə bilər, yəni ananın südü uşağa tələb olunan miqdardan az ola bilər. Bu halda uşağın çəkisi kifayət qədər artmır, o çox zaman narahat, ac olur, qida qəbulları arasında minimal fasiləyə də (2,5 saat) tab gətirmir. Ana südünün çatmadığı aşkar edildiyi hallarda uşağa əlavə qida (ana südünü əvəz edən adaptasiya olunmuş qida qarışığı) verilməlidir. Uşaqda çəki artımının az olmasının digər səbəbi – əlavə qidalanmanın gecikdirilməsidir (əlavə qidaların verilməsinin optimal müddəti – uşağın 5 aylığındandır).

İkinci qrup səbəblər – qidanın mədə-bağırsaq sistemi tərəfindən pis mənimsənilməsi. Bu zaman qidalanma düzgün və miqdar etibarı ilə kifayət qədər olsa da bağırsaqda olan problemlər səbəbindən (laktaz çatışmazlığı, disbakterioz, seliakiya və s.) qəbul edilən qidalar pis mənimsənilir. Əgər çəki artımının az olmasının səbəbi bağırsaq olarsa, bu, nəcis ifrazının pozulması (əksər hallarda nəcis duru, köpüklü, kütləsi çox və pis həzm olunmuş olur) və qarında olan ağrılarla müşayiət olunur. Belə əlamətlər qeyd olunduqda yalnız bir məsləhət vermək olar – mütəxəssisə müraciət edin.

Üçüncü qrup səbəblər: maddələr mübadiləsinin pozulması.

Əgər çəki artımının az olması ilə yanaşı, uşağın boy artımının da xeyli ləngiməsi qeyd edilərsə (bəzi hallarda uşağın boyu, ümümiyyətlə, artmaya da bilər), tez bir zamanda həkim-endokrinoloqa və ola bilsin ki, həkim-genetikə də müraciət etmək lazımdır.

Fikir bildir

Banner
Facebook
Təqvim
Aralık 2014
Pts Sal Çar Per Cum Cts Paz
« Avqu    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

Get Widget