SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Qatığın xeyirləri

whatsappda paylaş Whatsapp-la göndər
Qatığın xeyirləri
İdeal çəkidə qalmaq istəyənlərin ən yaxşı köməkçisi qatıqdır. Türkiyənin tanınmış diyetoloqlarından Nilay Keçəçi yay aylarında kökəlməmək üçün bol miqdarda qatıq yeməyi məsləhət görüb. Diyetoloq bildirir ki, qatığı müxtəlif vasitələrlə dadlandırıb hər gün yemək olar: "Qatıq yeməkdən bezdiyinizi bəhanə gətirərək bu faydalı qidadan uzaq durmayın. Qatığı həm sadə yemək olar, həm də içərisinə müxtəlif meyvələr və ya darçın, zəncəfil əlavə edərək dadlandırmaq olar. Qatıq əsl möcüzədir. O, həzm sisteminə yaxşı təsir edir. Qatığa bir az su əlavə edib ayran kimi içdikdə təzyiqi nizamlayır. İçərisinə xiyar, şüyüd doğrayıb doğramac kimi yedikdə susuzluğu aradan qaldırır, toxluq hissi verir". Nilay Keçəçi bildirir ki, qatıq eyni zamanda zülal qaynağıdır. Xüsusilə, yay aylarında idmandan sonra yedikdə əzələləri gücləndirir, yağların parçalanmasını təmin edir. Qatıq sinir sistemi və immunitet sistemi üçün də əvəzedilməz qidadır. Diyetoloq qatığın şəkər xəstələri üçün əsl şəfa mənbəyi olduğunu vurğulayıb: "Qatıq şəkər xəstələri üçün çox əhəmiyyətli bir qidadır. Belə ki, qandakı şəkəri nizamlayır. Toksinlərin atılmasına kömək edir. Qəbizliyə yaxşı təsir göstərir. Üstəlik, qarın bölgəsindəki yağların əriməsini sürətləndirir". Mənbə:movqe.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 1253
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN