loading...

Qarğıdalı unu maskası ilə gözəlləşin!

whatsappda paylaş Whatsapp-la göndər
Qarğıdalı unu maskası ilə gözəlləşin!
Qara nöqtələr və iri məsamələr dərinizin olduğundan daha yaşlı görünməsinə səbəb olur. Bu problemi aradan qaldırmaq üçün qarğıdalı unundan istifadə edə bilərsiniz. Qara nöqtələri təmizləyib, dərini gözəlləşdirən qarğıdalı unu maskasını təqdim edirik: Tərkibi: - 1 xörək qaşığı qarğıdalı unu - 1 xörək qaşığı gil - 1 xörək qaşığı krem - Su Hazırlanması: Unu, gil və kremlə qarışdırın. Qarışığı krem halına salmaq üçün bir az su əlavə edin. Maskanı üzünüzə çəkib 10 dəqiqə gözləyin. İlıq su ilə yuyunun. Proseduranı həftədə iki dəfə təkrarlaya bilərsiniz. Əgər üzünüzdə qara nöqtələrlə yanaşı sızanaq və sızanaq izləri varsa, 1 xörək qaşığı qarğıdalı ununu 1 xörək qaşığı qatıq və bir çay qaşığı limon şirəsi ilə qarışdırın. Üzünüzə çəkib 20 dəqiqə saxlayıb yuyun. Mənbə:publika.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 1384
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN