loading...

Bu məhlul dişləri ağ saxlayır

whatsappda paylaş Whatsapp-la göndər
Bu məhlul dişləri ağ saxlayır
Kazein (südün tərkibindəki əsas zülal) çayın boyama xassələrinin böyük hissəsinə cavab verən dubil maddələri əlaqələndirir və dişlərin rəng almasının qarşısını alır. Çay, qəhvədən sonra dünyada ən çox istifadə olunan içkidir. Çay dişlərin rənginə güclü təsir edir. Bu içki nə qədər çox dəm alıb oksidləşsə, onun boyayıcı xüsusiyyətləri bir o qədər yüksək olur. Kanadanın Alberta Universiteti nəzdində stomatologiya məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, süd qatılmış çay bu içkinin dişlərin rəngini dəyişmək xüsusiyyətini zəiflədir. Kazein (südün tərkibindəki əsas zülal) çayın boyama xassələrinin böyük hissəsinə cavab verən dubil maddələri əlaqələndirir və dişlərin rəng almasının qarşısını alır. Plombalı, kariyes əlaməti, yaxud aşkar çat və qopuq yerləri olan dişlər üçün bu istisna edilir. Eksperiment zamanı dişlər 24 saat müddətinə 37˚C temperaturda adi çay və südlü çay məhlullarının içinə qoyulub. Sonra yenə də rəngləri qeydə alınıb. Nəticələr göstərib ki, südün tərkibindəki kazein çayın boyama xüsusiyyətini zəiflədib. Mənbə:Sputnik.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Gigiyena
Baxış sayı: 1420
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN