Əhməd Marankidən min dərdin dərmanı alma çayı resepti

whatsappda paylaş Whatsapp-la göndər
Əhməd Marankidən min dərdin dərmanı alma çayı resepti
Türkiyənin tanınmış professoru Əhməd Maranki sağlam qalmaq istəyən hər kəsə mütəmadi olaraq alma çayı içməyi məsləhət görüb. Bu çayın bir çox dərdin dərmanı olduğunu iddia edən professorun sözlərinə görə, xolesterinin səviyyəsini aşağı salır, damarları qoruyur, ürəkbulanma və qusma hallarının qarşısını alır, orqanizmi toksinlərdən təmizləyir. Həmçinin, dərinin gözəlləşməsini və daha sağlam görünməsini təmin edir. Bir ədəd alma qaxını və ya təzə almanın soyulmuş qabıqlarını, iki dilim portağal və bir dilim limonla birliktə ilıq suyun içərisində 12 saat saxladıqdan sonra 10 dəqiqə qaynadın. Hər gün ondan bir stəkan için. Alternativ olaraq aşağıdakı çay reseptini də sınaqdan keçirə bilərsiniz: İki stəkan qaynayan suyun içərisinə iki çay qaşığı alma çiçəyi töküb 15 dəqiqə qaynadın. Sonra ocağı söndürüb 10 dəqiqə çayın dəmlənməsini gözləyin. Əgər çayı sadə içə bilməsəniz, bal ilə dadlandıra bilərsiniz. Mənbə:publika.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 833
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN