SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Qızardılmış kokoslu dondurma

whatsappda paylaş Whatsapp-la göndər
Qızardılmış kokoslu dondurma
Heç şübhəsiz ki, dondurma yayın ən dadlı desertidir. Adından da göründüyü kimi, bu qida soyucuda dondurularaq hazırlanır. Bəs, qızardılmış dondurmanın necə olduğu barədə nə düşünürsünüz? Sizcə, o necə dadar? Sizi məhz qızardılmış dondurma resepti ilə taniş etmək qərarına gəlmişik: Ərzaqlar: - 800 qram südlü dondurma - 2 ədəd yumurta ağı - 1 stəkan rəndələnmiş hind qozu - 3/4 stəkan iri çəkilmiş fındıq - 3/4 stəkan qarğıdalı lopası (corn flakes) - 1 yemək qaşığı qalet unu - 1 yemək qaşığı qara şəkər - 1/2 çay qaşığı darçın Hazırlanması: Dondurmanı soyuducudan çıxarıb bir qədər otaq temperaturunda saxlayın. Sonra on yerə bölüb hər hissəni ovcunuzla yumrulayın. Rəndələnmiş hind qozuna bulayın və dondurma toplarını bir qaba düzün. Üzərinə streç örtdükdən sonra yenidən soyuducuya qoyun və bərkiyənə qədər gözləyin. İri çəkilmiş fındıq içi, qarğıdalı lopası, qalet unu, qara şəkər və toz darçını bir qabda blenderlə qarışdırın. Yumurtaların ağını ayırıb dərin qabda çəngəllə çırpın. Soyuducudan çıxartdığınız dondurma toplarını əvvəlcə yumurta ağına, sonra isə hazırladığınız darçınlı fındığa batırın. Eyni üsulu bir daha təkrar etdikdən sonra yenidən soyuducuya qoyub uzun müddət gözləyin. Sonra qarğıdalı yağını dərin tavada qızdırın. Dondurmanı qızdırılmış yağa atıb 10-20 saniyədən sonra boşqaba düzün. Bu dondurmanı çox saxlamadan yeməlisiniz. Nuş olsun! Mənbə:publika.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 893
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN