SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Ailədə ərlə-arvad arasındakı konfliktlər

whatsappda paylaş Whatsapp-la göndər
Ailədə ərlə-arvad arasındakı konfliktlər
Ailə konfliktləri subyektlərin münasibətlərindən asılı olaraq: ərlə-arvad, valideyn və uşaqlar, ər-arvad və onların valideynləri, nənələr, babalar və nəticələr arasında baş verir. Ailə münasibətlərində ərlə-arvad arasında baş verən konfiliktlər esas rol oynayır. Bu da əsasən ərlə-arvadın bir-birinə olan tələbatlarının ödənilməməsindən baş verir. Belə konfliktlərin əsas səbəblərindən aşağıdakılar daha tez-tez özünü göstərir: - ərlə-arvadın seksual-psixi uyğunsuzluğu; - öz ”məni”nin tələblərinin ödənilməsi, bir-birinin mənlik hisslərinə hörmətsizlik; - müsbət emosiyalara olan tələbatın ödənilməməsi: diqqət, başa düşmək, yumşaq münasibət və s; - subyektlərdən birinin (ər və ya arvadın) öz tələbatlarının ödənilməsinə daha çox tələbkar olması (içkiyə, narkotiklərə meyil, özünə daha çox vəsait xərcləməsi və s) - ailə təsərrüfatı, uşaqların tərbiyəsinə, öz valideynlərinə bir-birinin tələbatlarının başa düşülməməsi və s. - istirahət vaxtının təşkilinə, ərlə-arvadın tələblərinin müxtəlifliyi. Bunlardan başqa ailə konfliktlərinə başqa faktorlar da təsir edir. Buna hər şeydən əvvəl ailənin inkişafında böhranlı dövrlərin olması nümunə göstərilə bilər. Bunlar hansılardır? Ailə həyatının birinci ili – bu dövr ərlə-arvadın bir-birinə uyğunlaşması dövrüdür. Bu iki ”mən”in birləşib bir ”biz” olmasıdır. Bu zaman hisslər inkişaf edir, bir-birinə sevgi, məhəbbətin soyuması, subyektlərin həyatda olduğu kimi qavranılması başlayır. Bu zaman kəbinlərin 30%-i dağılır. İkinci böhranlı dövr – uşaqların anadan olması ilə bağlıdır. Hələlik tam möhkəmlənməmiş “biz” sistemi ciddi imtahanla qarşılaşır. Bu zaman baş verən konfiliktlərin əsasını nə təşkil edir? - Ərlə-arvadın peşə-ixtisasartırma imkanları pisləşir. - Uşağa xidmətlə əlaqədar qadın yorğunluğu - bu zaman onun seksual fəallığının azalması. - Uşaqların tərbiyəsinə ərlə-arvadın münasibətlərinin üst-üstə düşməməsi. Üçüncü böhranlı dövr – ərlə-arvadın birlikdə yaşamasının orta illərinə təsadüf edir. Bu zaman konfliktlərin oxşarlığı, cansıxıcılığına təsadüf olunur. Subyektlərin bir-birindən doyması baş verir. Hisslərdə yenilik olmur. Bu dövrü hətta duyğu və hisslərin aclıq dövrü də adlandırırlar. Sevda Xəlilova Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Mənbə:Pcc.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Psixologiya
Baxış sayı: 1206
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN