SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Üzdəki tükləri yox edən noxud və sarıkök maskası

whatsappda paylaş Whatsapp-la göndər
Üzdəki tükləri yox edən noxud və sarıkök maskası
Üzdəki tükləri müxtəlif vasitələrlə təmizləmək olar. Ancaq üz dərisinin həssas olduğunu nəzərə alsaq, bunun üçün ən yaxşı üsul təbii vasitələrdən istifadə etməkdir. Publika.az üzdəki tükləri qısa müddətdə azaldan maska reseptlərini təqdim edir: Noxud maskası Tərkibi: - 2 xörək qaşığı qovrulmuş noxud (ləbləbi) tozu - 1 xörək qaşığı süd kremi - 2 çay qaşığı süd - 1 çay qaşığı sarıkök Hazırlanması: Bütün məhsulları bir qabın içərisinə töküb krem halına gələnə qədər qarışdırın. Maskanı üzünüzə çəkib 20 dəqiqə gözləyin. Maska quruduqdan sonra ilıq su ilə üzünüzü təmizləyin. Üzünüzdəki tüklərdən tamamilə azad olmaq üçün bu maskadan 1 ay müddətində, həftədə 2-3 dəfə istifadə etməlisiniz. Bu maska həmçinin dərinin rəngini açır, hüceyrələri yeniləyir. Sarıkök maskası Maska üçün sadəcə iki məhsula ehtiyacınız var. Bunlar süd və sarıkökdür. 2 xörək qaşığı sarıköklə 1 xörək qaşığı südü qarışdırıb krem halına salın. Maskanı çəkdikdən 15-20 dəqiqə sonra ilıq su ilə təmizləyin. Bu maskanı bədənin başqa bölgələrinə də tətbiq etmək olar. Mənbə:publika.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 4541
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN