SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Əsəbləri sakitləşdirən bitkilər

whatsappda paylaş Whatsapp-la göndər
Əsəbləri sakitləşdirən bitkilər
Son günlər tez-tez əsəbiləşir, özünüzü cilovlaya bilmirsinizsə, təbiətin bəxş etdiyi möcüzəvi bitkilərə müraciət edin. Çünki bir çox bitkilər əsəbləri sakitləşdirmək xüsusiyyətinə malikdir. Nanə: 50 qram nanə, 50 qram su yoncası, 50 qram pişikotu kökünü qarışdırın. 1 stəkan qaynar suyun içərisinə 1 çay qaşığı bu qarışıqdan töküb 10 dəqiqə dəmləyin. Səhərlər və gecə yatmazdan öncə yarım stəkan için. Limonotu: 1 stəkan qaynar suya 4-6 qram limonotu töküb 10 dəqiqə dəmlənməsini gözləyin. Gündə 2-3 stəkan için. Soğan: Soğanı rəndələyib balla qarışdıraraq məcun halına gətirin. Səhərlər acqarına və gecə yatmazdan öncə 1 qaşıq yeyin. Yarpız: 1 stəkan qaynar suya, 5 qram yarpız töküb 10 dəqiqə dəmləyin. Bu çaydan gündə 2-3 stəkan için. Kişmiş: Kişmişi yumşalana qədər ilıq suyun içərisində saxlayın. Kişmişin rəngi çəxmış həmin suyu için, elə özünü də yeyə bilərsiniz. Çobanyastığı: 1 stəkan qaynar suya 2 qram qurudulmuş çobanyastığı töküb 10 dəqiqə gözləyin. Səhərlər acqarnına bu çaydan 1 stəkan için. Lavanda çiçəyi: 8-10 qram lavanda çiçəyini 1 stəkan qaynar suyun içərisinə töküb dəmləyin. Gündə 3-4 stəkan için. Adaçayı: 1 stəkan qaynar suya 2-10 qram adaçayı töküb dəmləyin. Gündə 2 stəkandan artıq içməyin. Yemişan: 3-4 ədəd yemişanı əzin. Bitkinin çiçəkləri və yarpaqları ilə birgə bu əzilmiş meyvələri 1 stəkan qaynar suya töküb dəmləyin. Gündə 2-3 stəkan içə bilərsiniz. Qırmızı çuğundur: Salatlara əlavə edərək yeyə bilərsiniz. Çiy halda daha tez təsir edər. Ancaq buxarda bişmişi də faydalıdır. Alternativ olaraq gündə 3 stəkan çuğundur şirəsi içə bilərsiniz. Portağal yarpağı: Portağal yarpaqlarını qaynadıb suyunu için. Xardal toxumu: xardal toxumu toz halına salınıb gündə 0,50 qramını yeməklərə əlavə edə bilərsiniz. Rozmarin: 1 stəkan suya, 10 qram rozmarin töküb 10 dəqiqə qaynadın. Gündə 3 stəkan için. Mənbə:publika.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 1229
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN