SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Gərgin iş rejimi iflic keçirmə ehtimalını artırır

whatsappda paylaş Whatsapp-la göndər
Gərgin iş rejimi iflic keçirmə ehtimalını artırır
Həftə ərzində 48 saatdan çox işləyən adamlarda iflic keçirmə riski artır. "Report" BBC-yə istinadən xəbər verir ki, yarım milyondan çox insan üzərində aparılan bir araşdırma həftədə 35-lə 40 saat işləyənlərlə müqayisədə, 48 saat ərzində çalışanların iflic keçirmə ehtimalının 10 faiz artdığını ortaya çıxarıb. Nəticələri "Lancet" jurnalında dərc olunan araşdırmada həftədə 54 saat işləyən adamların iflic keçirmə ehtimalının 35-lə 40 saat çalışanlardan 27 faiz, 55 saatdan artıq çalışanlarda isə 33 faiz olduğu açıqlanıb. Mütəxəssislər saatlarla işləyən adamların təzyiqlərinə nəzarət etmələrini tövsiyə edir. Saatlarla işlə iflic arasındakı əlaqənin səbəbi hələ tam tapılmasa da, nəzəriyyələr arasında iş saatlarının çox olmasının yaratdığı stress və həyat tərzinin insan orqanizminə mənfi təsiri əsas yer tutur.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 356
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN