loading...

Sarımsaq xərçəngin hansı növündən qoruyur?

whatsappda paylaş Whatsapp-la göndər
Sarımsaq xərçəngin hansı növündən qoruyur?
Sarımsaq müxtəlif faydalı maddələrlə olduqca zəngindir. Sarımsağın tərkibində mikroelementlər, vitaminlər, efir yağları, antioksidantlar var. Sarımsağa spesifik ətir və dad verən allisin maddəsi dünyanın ən güclü antoksidantıdır. Sarımsaq çiy yeyiləndə daha faydalı olur. Gecce.az xəbər verir ki, ABŞ alimləri araşdırmalar nəticəsində belə nəticəyə gəldilər ki, sarımsağın tərkibində olan bəzi maddələr xərçəng hüceyrələrin inkişafını ləngidir, hətta onları məhv edir. Bu səbəbdən sarımsağı hətta "təbii kimyəvi terapiya" vasitəsi adlandırırlar. Sarımsaq tərkibindəki xüsusi birləşmələr sayəsində immun sisteminin hüceyrələrinin aktivliyini artırır ki, bu da orqanizmin xərçəngə qarşı müqavimət göstərməyinə zəmin yaradır. Sarımsağın tərkibindəki maddələrin xərçəng hüceyrələrini 24 saatda öldürdüyü bildirilir. Sübut olunub ki, hər gün 1-2 diş sarımsaq qəbul edən insanlarda bəzi xərçəng növləri (düz bağırsaq xərçəngi, mədə xərçəngi və s.) daha az hallarda inkişaf edir. Bu bitkinin istehlakı mədə və bağırsaq xərçəngindən qorumağa qadirdir. Bu iki xəstəlik hazırda dünyada ən yayılmış xəstəliklər hesab olunurlar. Mənbə:gecce.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 1142
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN