loading...

Dölyanı sular

whatsappda paylaş Whatsapp-la göndər
 Dölyanı sular
Dölyanı sular hamiləliyin erkən dövrlərindən etibarən doğuşa qədər olan müddət ərzində dölü əhatə edərək onun həyatında vacib rol oynayır. Dölyanı sular ana ilə döl arasında maddələr mübadiləsinin gedişini təmin edir, uşaqlığın divarları tərəfindən dölün bədəninin sıxılmasının qarşısını alır, ananın yıxıldığı və ya qarnına zərbə dəydiyi hallarda dölü bu zərbələrin təsirindən qoruyu r. Bu halda dölün zərbədən “qorunma dərəcəsi” heç də çox deyil və qarına dəyən güclü zərbə nəticəsində dölətrafı kisənin tamlığı əlbəttə ki, pozula da bilər.Dölətrafı kisə dölü, uşaqlıq yolundan və uşaqlığın boynundan, uşaqlıq boşluğuna daxil olan infeksiyalardan da qoruyur.Dölyanı suların vəziyyəti (miqdarı, şəffaflığı, rəngi və s.) hamiləliyin gedişi barədə çox şey deyə bilər. Normal halda dölyanı sular iysiz və şəffaf olurlar. Hamiləliyin erkən dövrlərində dölyanı suların bulanıq olması dölün infeksiyaya yoluxmasını göstərə bilər. Hamiləliyin 28-ci həftəliyindən başlayaraq dölyanı suların bir qədər bulanıq olması normal hesab olunur. Bu zaman bulanmanın səbəbi – dölün dərisindəki ölmüş hüceyrələrin və dölün dərisini örtən piyə bənzər maddənin dölyanı sulara düşməsi. Hamiləliyin 5-ci ayının sonunda (20-ci həftə) dölün dərisindəki piy vəziləri yağa bənzər xüsusi maddə ifraz etməyə başlayır ki, o da epidermis qatındakı pulcuqlarla birləşərək, dölün dərisini nazik təbəqə şəklində örtür. Nəticədə isə dölün dərisini dölyanı suların dağıdıcı təsirindən qorumuş olur. Dölyanı suların həcminin dəyişməsinin də (normadan artıq və ya az olması) böyük əhəmiyyəti vardır. Mütəxəssilər tərəfindən, hamiləliyin müxtəlif patologiyalarının və dölyanı suların miqdarının əlaqəsi barədə müəyyən elmi məlumatlar aşkar edilmişdir. Dölyanı suların az olması (azlığı) Dölyanı suların az olması (azlığı) – döl ərtafında olan mayenin miqdarının 500 ml və daha az həcmə qədər azalması deməkdir. Bunu əsasən USM ilə müəyyən etmək olur. Bu çox təhlükəli vəziyyətdir! Dölyanı suların azlığı – dölün inkişafının hər hansı anadangəlmə qüsurları, bətndaxili inkişafın ləngiməsi, xroniki oksigen çatışmazlığı, dölün ana bətnində infeksiyaya yoluxmasının nəticəsi kimi meydana çıxa bilər. Dölyanı suların həcminin kəskin şəkildə azalması səbəbindən göbək bağı, döl ilə ananın uşaqlığının divarı arasında sıxıla bilər. Bu isə döldə kəskin oksigen çatışmazlığına və son nəticədə və onun həlak olmasına səbəb ola bilər. Dölyanı suların azlığı doğuşun gedişini xeyli dərəcədə çətinləşdirir. Nəticədə bir çox belə hallarda doğuşu Keysəriyyə əməliyyatı üsulla aparmaq lazım gəlir. Əfsuslar olsun ki, hazırda tibbdə olan heç bir üsulla dölyanı suların artırılmasına nail olmaq mümkün deyil. Dölyanı suların çox olması (çoxluğu) Dölyanı suların nəinki azalması, onların çoxalması da döl üçün zərərli hesab olunur. Dölyanı suların həcminin 1500 ml-dən çox olması dölyanı suların çoxluğu (artıq olması) hesab olunur. Dölyanı suların çoxluğu – əksər hallarda çoxdöllü hamiləlikdə, anada şəkərli diabet olduqda, rezus-uyğunsuzluq olan hamiləlikdə, dölün inkişaf anomaliyaları və dölün ana bətnində olarkən infeksiyalara yoluxması hallarında olur. Döl, dölyanı sularda aktiv şəkildə üzür ki, bu da göbək bağının onun boynuna və ya bədəninə dolanması ilə nəticələnə bilər. Dölyanı suların çoxluğu doğuşun vaxtından qabaq baş verməsi, ciftin vaxtından qabaq qopması və uşağın həlak olması ilə də nəticələnə bilər. Dölyanı suların çoxluğu zamanı, doğuş fəaliyyətinin zəif olması səbəbindən doğuş prosesi də ağır keçə bilər. Dölyanı suların axması necə baş verir? Normal halda dölyanı sular doğuşun ilkin dövründə (uşaqlıq boynunun tam açılışına qədər, ancaq 4 sm-dən az açılmasından tez olmayaraq) xaric olur. Doğuş sancılarının birinin ən yüksək həddində dölyanı kisə xeyli dərəcədə gərginləşərək yırtılır. Əgər dölyanı sular doğuş başlayana qədər xaric olursa, bu döl üçün çox təhlükəli hesab olunur. Çünki bunun nəticəsində dölün infeksiyaya yoluxması, oksigen çatışmasının inkişaf etməsi və hətta dölün həlak olması baş verə bilər. Bundan başqa dölyanı suların erkən xaric olması doğuşu da xeyli dərəcədə çətinləşdirir. Ona görə də dölyanı suların erkən xaric olması baş verdikdə hamilə qadın tez bir zamanda doğum evinə aparılmalıdır. Doğum evində qadının vəziyyətinə uyğun olaraq, onun hamiləliyinin sonrakı mərhələsi üzrə həkimlər tərəfindən müəyyən bir qərar qəbul edilir (hamiləliyi saxlamaq, doğuşu stimullaşdırmaq və ya Keysər əməliyyatı aparmaqla uşağı xaric etmək). Normada dölyanı sular rəngsiz və şəffaf olurlar. Əgər dölyanı sular yaşılımtıl rəngdə olarsa, bu dölün ana bətnində oksigen çatışmazlığına (hipoksiya) məruz qalmasının əlamətidir və bu barədə mütləq həkimə xəbər vermək lazımdır! Ancaq bəzi hallarda hamiləlik zamanı hələ doğuşa xeyli vaxt qalmış qadınlar tərəfindən demək olar ki, hiss edilmədən dölyanı suların az-az miqdarda xaric olması baş verir. Bu isə, hər hansı bir səbəbdən, döl kisəsinin uşaqlıq boynu yaxınlığında deyil, bir qədər yuxarıda yırtılması zamanı baş verir. Dölyanı suların bu cür az-az axması sonda fəlakətli şəkildə azalaraq dölyanı suların azlığı ilə və uşağın həlak olması ilə nəticələnə bilər. Ona görə də hamilə qadın öz vəziyyətinə hər zaman diqqət yetirməli və dölyanı suların az-az axmasına şübhə yaranan kimi tez bir zamanda həkimə müraciət etməlidir. Şübhəli hallarda uşaqlıq yolundan yaxma götürülərək onun təkibində dölyanı suların olub-olmaması müəyyən edilir və ya xüsusi amnitest aparılır (hal hazırda amnitestlər hazırlanmışdır ki, qadın özü də ondan müstəqil şəkildə istifadə edə bilər).
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hamiləlik
Baxış sayı: 4538
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN