SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Amosov pastası – zehin və ürək üçün təbii gücləndirici

whatsappda paylaş Whatsapp-la göndər
Amosov pastası – zehin və ürək üçün təbii gücləndirici
Akademik Amosov əməliyyat olunan xəstələr üçün əməliyyatdan sonra orqanizmin tez surətdə bərpası və güclənməsi üçün gücləndirici qarışım tövsiyə edir. Bu qida sağlam insanlar üçün də faydalıdır. Mikroelementlər və minerallar qaynağı olan bu qarışımın reseptini təqdim edirik: Lazım olan məhsullar: - kişmiş - 500 qr - ərik qurusu - 500 qr - əncir qurusu - 500 qr - çəyirdəksiz qara gavalı - 500 qr - qoz - 500 qr - qabıqlı limon - 1 ədəd Hazırlanması: Məhsulların hamısı mətbəx kombaynında xırdalanır və ya ətçəkən maşından keçirilir. Sonra 500 qr bal əlavə olunur və hamısı birlikdə qarışdırılır. Alınan qarışım bankalara doldurulur və gün ərzində 3 dəfə yeməkdən yarım saat əvvəl 1 xörək qaşığı qəbul edilir. Nuş olsun! Mənbə:saglamolun.Az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 1024
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN