SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Ev skrabların hazırlanması. RESEPTLƏR

whatsappda paylaş Whatsapp-la göndər
Ev skrabların hazırlanması. RESEPTLƏR
Üz dərisinin cavanlığını qoruyub saxlamaq üçün dərini onun səthində yığılan çirk və ölmüş hüceyrələrdən daim təmizləmək lazımdır. Bu dərinin oksigen və vacib maddələrlə təmin olunmasını yaxşılaşdırır ki, dəri daha sağlam və cavan görünür. Digər tərəfdən skrablardan sonra istifadə olunan istənilən kremlər və maskalar dəriyə daha yaxşı hopulur və daha güclü effekt verir. Ev şəraitində çox təsirli skrablar hazırlamaq olar. - Yulaf yarması ("herkules") çox yaxşı yumşaq skrabdır. Yulaf yarmasını bir qədər ilıq suda isladın və üz dərisinə çəkib massaj hərəkətləri ilə üzünüzü təmizləyin. Bu skrab quru həssas dəri üçün xüsusilə uyğundur. - Dəniz duzu + bal. Yaxşı qarışdırın və üzünüzü təmizləyin. Dəniz duzu dəri üçün xeyirli olan müxtəlif minerallarla zəngindir. Bal isə dəridən toksinləri, şlakları çıxartmağa kömək edir. Bu skrab dərini cilalayaraq onu elastik (möhkəm) və sağlam edir. Dəniz duzunun iri dənəcikləri dərini zədələyə bilər ki, bu səbəbdən istifadə etdikdən əvvəl duzu qəhvəüyüdəndə xırdalamaq lazımdır. Dəniz duzunu həmçinin xama və ya qaymaqla (quru dəri üçün) qarışdırmaq olar. - Şəkər tozu da ev skrabların hazırlanmasında geniş istifadə olunur. Quru dəri üçün skrab hazırladıqda şəkər tozu xama, gənəgərçək, ərik, zeytun yağı ilə qarışdırılır. Yağlı dəri üçün isə şəkər tozunu kefir və ya qatıqla qarışdırmaq olar. - Düyüdən də çox yaxşı skrablar alınır. Düyü ümumillikdə dəri üçün çox xeyirlidir. Düyü qəhvəüyüdəndə xırdalanır və dərinin növündən asılı olaraq xama, yağ (yağlı dəri), qatıq, kosmetik gil (quru dəri) və s. ilə qarışdırılır. - Soda bir qədər suda isladılır və skrab kimi istifadə olunur. Quru dəri zamanı sodanı xama və ya qaymaqla qarışdırın. - Üzüm çəyirdəklərindən çox yaxşı skrab hazırlamaq olar. Üzüm çəyirdəyi dəriyə çox yaxşı təsir edir, cavanlaşdırır. 1 çay qaşığı üzüm çəyirdəkləri qəhvəüyüdəndə xırdalayın, bir neçə əzilmiş üzüm gilələri ilə qarışdırın və üz dərisini bu skrabla təmizləyin. - Qəhvə üyüdən maşında ərik tumlarını üyütdükdən sonra onu istənilən qidalandırıcı krem (dəri quru olanda) və ya nəmləndirici krem (dəri yağlı olanda) ilə qarışdırmaqla əla keyfiyyətli skrab əldə etmiş olarsınız. Onu soyuducuda saxlayaraq tələb olunduqca istifadə etmək olar. Nəzərə almaq lazımdır ki, skrablardan çox tez-tez istifadə etmək olmaz. Çünki bu zaman dəri getdikcə qurumağa başlayır, onun qıcıqlanması və müxtəlif infeksiyalardan qorunma qabiliyyətinin zəifləməsi baş verir. Dərisi quru olanlar skrablardan 2 həftədən bir, dərisi yağlı olanlar isə həftədə bir dəfə olmaqla istifadə edə bilərlər. Yay aylarında skrablardan daha tez-tez (quru dərilər üçün həftədə bir dəfə, yağlı dərilər üçün isə həftədə iki dəfə) istifadə etmək olar. Sızanaqları, kuperozu (dəridə ulduz şəkilli xırda damarlar) və digər dəri xəstəlikləri olan insanlar skrablardan istifadə etməməlidir! Skrablardan axşam saatlarında duş qəbul etdikdən və ya dərini buğa verdikdən sonra istifadə etmək lazımdır. Skrabı nəm və təmiz dəriyə yüngülcə (!!) masaj etməklə, quru dəriyə 1 dəqiqə, yağlı dəriyə isə 2-3 dəqiqə ərzində sürtmək, daha sonra isə ilıq su ilə yaxşı-yaxşı yumaq lazımdır. Skrab hər iki əlin şəhadət və orta barmaqlarının ucları ilə masaj xətləri üzrə sürtülür. Heç bir halda skrabı göz ətrafına sürtməyin! Skrabdan istifadə etdikdən sonra dəriyə qidalandırıcı krem çəkmək lazımdır. Mənbə:saglamolun.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 8960
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN