SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Hamilələr bu qidalardan uzaq dursunlar!

whatsappda paylaş Whatsapp-la göndər
Hamilələr bu qidalardan uzaq dursunlar!
Hamiləlik dövründə qadınlar yediklərinə, içdiklərinə fikir verməlidirlər. Çünki ən kiçik bir səhv həm ananın, həm də körpənin sağlamlığına pis təsir edə bilər. Publika.az hamiləlik dövründə xanımların qida menyusundan çıxarılmalı olan qidaları araşdırıb: Kofein Qəhvə içməyi tərgidin. Körpə üçün çox zərərlidir. Tərkibində kofein olan hər şeydən uzaq durun. Kifli pendirlər Kifli pendirlərin tərkibində bakteriyalar olur. Bu bakteriyalar bir körpənin ölü doğulmasına səbəb ola bilər. Hamiləlik dövründə əsla belə pendirlər yeməyin. Qaraciyər Qaraciyərin tərkibində çoxlu miqdarda “retinol” adlı maddə var. Hamiləlikdə qaraciyər başda olmaqla tərkibində retinol olan heç bir qidanı yeməməlisiniz. Çünki bu maddə orqanizmdə toplanaraq qalır və körpəyə zərər verir. Az bişmiş ət və yumurta Hamiləlik dövründə tərkbində bakteriya ola biləcək heyvan mənşəli qidalar bişirildikdən sonra yeyilməlidir. Yumurtanı və əti yaxşı-yaxşı bişirin. Pasterilizə edilməmiş süd və süd məhsulları Pasterilizə edilməmiş süd və süd məhsulları təhlükəli mikroorqanizmlər ehtiva edir. Bu isə qida zəhərlənməsinə, ananın uşağı salması və ya körpənin ölü doğulması ilə nəticələnər. Suşi Çiy balıqda bakteriya və parazit ehtimalı olduğu üçün onu yemək çox risklidir. Hamiləlik dövründə əsla çiy balıq yeməyin. Mənbə:publika.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hamiləlik
Baxış sayı: 2575
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN