SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Yalnız qarın bölgəsindən kökələnlər, diqqət!

whatsappda paylaş Whatsapp-la göndər
Yalnız qarın bölgəsindən kökələnlər, diqqət!
Bir çoxları yalnız qarın bölgəsinin kökəldiyini və pəhriz saxlasa belə, bu bölgədəki yağlardan xilas ola bilmədiyini deyir. Publika.az bu problemi nəzərə alaraq, qarın bölgəsindəki piylərdən narahat olanlar üçün möcüzəvi qidaları araşdırıb. 1.Paxlalı bitkilər Paxlalı bitkilərin tərkibində, demək olar ki, yağ yoxdur. Zülal, lif və kalium anbarı olduqlarından insanı tox saxlayır. Həmçinin, həzm sistemi üçün faydalıdır. 2. Yaşıl çay və rozmarin Bir insanın hər gün 2000 kaloriyə ehtiyacı olur. Ancaq çox vaxt bu həddi aşaraq daha çox kalori alırıq. Həmin kalorilərin orqanizmdə toplanaraq artıq çəkiyə səbəb olmaması üçün rozmarin və yaşıl çaydan faydalana bilərsiniz. Gündə 2 stəkan rozmarin çayı gün ərzində 100 kalori xərcləməyinizə səbəb olacaq. Eyni miqdarda yaşıl çay isə 150 kalori yandırır. 3. Yumurta Yumurtanın ağı zülal baxımından zəngindir. Buna görə də, iştahanı kəsir, tez-tez acmağın qarşısını alır. Sidik qovucu olduğu üçün şişkinliyi azaldır. 4. Zeytun yağı Tərkibindəki omeqa-3 yağ turşuları kalorilərin xərclənməsinə kömək edir. Gündə bir dəfə salatlara bir xörək qaşığı zeytun yağı tökərək qarın bölgəsində toplanan piyləri yandıra bilərsiniz. 5. Üzüm Ürəyiniz şirniyyat istəyəndə kalori anbarı olan keks, tort kimi alternativlərin əvəzinə üzüm yeyin. Çünki üzüm bədənin şirniyyata olan tələbatını ödəsə də, tərkibindəki şəkər kökəlməyə səbəb olmur. 6. Limon şirəsi Qarın bölgəsindəki yağları əritməyin bir üsulu da limon şirəsindən istifadə etməkdir. Bir stəkan suya, yarım limonunun şirəsini əlavə edib için. 7. Qarpız Qarpızın 90 faizi sudur. Buna baxmayaraq, insanı tox saxlayır. Yay aylarında öyünlərdə, sadəcə, qarpız yemək olar. Kalium baxımından zəngin olan bu meyvə həzmə kömək edir. 8. Banan Banan digər meyvələrdən daha yüksək kaloriyə malik olsa da, pəhrizlərin vazkeçilməzidir. Bunun səbəbi onunla eyni kaloridə olan digər qidalarla nisbətdə insanı uzun müddət tox saxlamasıdır. Qəlyanaltı zamanı bir ədəd banan yeyə bilərsiniz. Mənbə:publika.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 1746
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN