SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Dilin vəziyyəti sağlamlığımızdan nə xəbər verir?

whatsappda paylaş Whatsapp-la göndər
Dilin vəziyyəti sağlamlığımızdan nə xəbər verir?
Təcrübəli həkim insanın dilinə baxıb onun orqanizmində olan bu və ya digər pozulmaları haqqında məlumat ala bilər. Aşağıdakı məlumat sizə də belə imkan yaradır. Təbii işıqlandırmada (lampa işığında yox!) dilinizə baxın və həqiqəti bilin. Nəzərinizə çatdıraq ki, dilin vəziyyətini səhər saatlarında ac qarına qiymətləndirmək lazımdır. Tünd çay və qəhvə qəbulundan, qida qəbulundan sonra dilin rəngində və vəziyyətində dəyişikliklər əmələ gələ bilər. Sağlam insan - sağlam dil Dil çəhrayı rəngdədir, nəmdir, üzərində heç bir ərp yoxdur və ya çox nazik, demək olar, görünməyən, ağ iysiz ərp var. Dilin üzərində ləkələr, çatlar və s. yoxdur. Qalın ağ ərp Qalın ağ ərp xroniki qəbizliklərin əlaməti ola bilər. Əgər dilin üzərində olan qalın ağ ərp hərarət və intoksikasiya ilə (baş ağrısı, oynaq və əzələ ağrıları və s.) müşayiət olunursa, bu infeksion xəstəliyin əlamətidir. Dilin üzərində olan qalın ağ ərp kandidozun (göbələk xəstəliyi) əlaməti də ola bilər. Kandidozun səbəbi bəzi dərman preparatların qəbulu, immunodefisitlər ola bilər. Dilin kökündə olan qalın ağ və ya ağ-boz ərp mədə-bağırsaq sistemi xəstəliklərinin (enterokolit, qastrit, mədə və 12 barmaq bağırsağı xorası) əlaməti ola bilər. Sarı ərp Tünd sarı rəngdə olan ərp qara ciyər, öd kisəsi və öd yolları xəstəliklərinin əlaməti ola bilər. Qəhvəyi ərp Mədə-bağırsaq və nəfəsalma sistemi pozulmaları zamanı ola bilər. Çoxlu miqdarda alkoqollu içkiləri qəbul edən və siqaret çəkən insanın dili üzərində qəhvəyi rəngdə ərp əmələ gələ bilər. Bəzi dərman preparatların qəbulu (bəzi antibiotiklər və s.) dildə qəhvəyi ərpin əmələ gəlməsinə səbəb ola bilər. Göqrafi dil Bunun səbəbləri arasında: - mədə-bağırsaq sistemi xəstəlikləri və pozulmaları - endokrin sistemi xəstəlikləri (o cümlədən, şəkərli diabet) - qurdlar - avitaminozlar (vitamin çatışmazlığı) - dərman intoksikasiyası (zəhərlənməsi) - hormonal dəyişikliklər (hamiləlik, menstruasiya, klimaks zamanı əmələ gələ bilər) Solğun-ağ dil Anemiyanın (qanazlığı) və avitaminozun əlaməti ola bilər. Göyümtül dil Ürək-damar və nəfəsalma sistemi xəstəliklərinin əlaməti ola bilər. Qırmızı dil İnfeksiyanın əlaməti ola bilər. Dilin al-qırmızı rəngi mədə və 12 barmaq bağırsağı xorası xəstəliyinin kəskinləşməsi zamanı ola bilər. Moruq rəngində dil skarlatın xəstəliyinin əlamətidir. Dilin kənarlarında dişlərin izləri Hipotireoz (qalxanvari vəzinin fəaliyyətinin zəifləməsi) zamanı dil böyüyür, şişir və tez-tez dişlərin arasına düşür ki, nəticədə onun üzərində dişlərin izləri qalır. Qara dil Belə simptom adətən ağır xəstəliklər (Kron xəstəliyi, öd və mədə altı vəzi ağır xəstəlikləri), orqanizmin kəskin susuzlaşması zamanı müşahidə oluna bilər. Yaşıl dil Mədə-bağırsaq sistemi xəstəlikləri, göbələk infeksiyası, antibiotiklərin qəbulu, immun sisteminin zəifləməsi. Mənbə:saglamolun.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 3221
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN