SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Kariesin yaranma səbəbi...

whatsappda paylaş Whatsapp-la göndər
Kariesin yaranma səbəbi...
Karies - dünyada ən çox yayılan xəstəliklərdən sayılır. Əhalinin 99% -i bu xəstəlik haqda məlumatlıdır. Bu günə qədər alimlər kariesin yaranma mexanizminin 400 -ə yaxın teoriyasını araşdırmışlar. Müasir iddialara görə kariesin yaranma səbəbi ağız boşluğunda yaşayan mikroorqanizmlərdir. Bu mikroblar (məs. streptokoklar) diş emalını korlayan turşu istehsal edirlər. Bakteriyaların isə əsas qida mənbəyi - qlyukoza sayılır. Belə ki , bizə çox şirni yeməyi qadağan edən, ana və nənələrimizin rəyləri düzgün idi. Həmçinin, şirni yeməklə gözəl və sağlam dişlər üçün lazımlı olan kalsiy və ftor elementlərini almırıq.Bilin ki, ftor tərkibli məhsul yemək və dişləri ftor tərkibli pasta ilə təmizləmək, kariesin yaranma təhlükəsinin 2 dəfə azaldır. Kalsiy və ftorla zəngin olan məhsullar: Ftor - balıq, çay, yumurtanın sarısı, qaraciyər. Kalsiy - süd məhsulları, balıq, kələm, kök və s. Stomatoloqlar tövsiyə edir ki, gündəlik qida rasionunuza bərk məhsulları əlavə edəsiniz. Buna misal olan təbii meyvə və tərəvəzlər, həm orqanizmi vitaminlə təmi edir, həm də dişləri təmizləyir Kariesin pis cəhətlərindən ən başlıcası da odur ki, onu ilk mərhələlərdə müəyyən etmək olmur. Zədələnmiş diş, sağlam görsənir, nə ağrayır, nə də soyuq və ya istiyə reaksiya verir. Zamanla dişin emalı solur, parıltını itiri, yumuşaqlaşır, çətinliklə görünən ağ ləkə əmələ gəlir. Məhz bu - karioz ləkə adlanır. Əgər bu ləkəni vaxtında görüb, müalicə etməyə qərar versəniz, bu çox asanlıqla aradan qaldırıla bilər (müalicəvi laklardan istifadə ilə). Kariesi ilk mərhələlərdə yalnız stomatoloq müəyyən edə bildiyindən, diş həkiminə mütəmadi olaraq getmək lazım olduğunu unutmayın... Mənbə:saglamolun.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 1191
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN