SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Surroqat analıq

whatsappda paylaş Whatsapp-la göndər
Surroqat analıq
Müasir yardımçı reproduktiv texnoloji üsullar, ailə cütlüyündəki qadın üzvünə hər hansı bir səbəbdən (uşaqlığın olmaması və ya inkişafı qüsurlu olması; uşaqlıq boşluğunun hamiləliyi daşımağa imkan verməyən deformasiyası;hamiləliyin daşınmasına əks göstəriş olan bir sıra xəstəliklərin olması və s.) dölü daşıyaraq doğa bilməməsinə baxmayaraq öz uşaqlarının olmasına da imkan verir. Belə ailələr üçün surroqat analıq proqramı hazırlanmışdır. Bəs bu necə baş verir? Qadın orqanizmində yumurta hüceyrəsi hazırlayaraq, ovulyasiyaya yaxın onu yumurtalıqdan xaricə çıxarırlar. Eyni zamanda qadının həyat yoldaşından da sperma alınır. Xüsusi laborator şəraitdə (sınaq borusu şüşəsində) yumurta hüceyrəsini spermatozoidlərlə birləşdirirlər. Mayalanma baş vermiş olarsa, bir neçə gündən sonra rüşeymi digər qadının (surroqat ananın) uşaqlığına daxil edirlər. Bir növ “inkubator” rolunu daşıyan surroqat ana tərəfindən müvafiq dövr (9 ay) keçdikdən sonra doğulan uşagı onun bioloji valideynlərinə verirlər. Saglamolun.Az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hamiləlik
Baxış sayı: 1033
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN