SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Saç boyaları ziyanlıdır...

whatsappda paylaş Whatsapp-la göndər
Saç boyaları ziyanlıdır...
Alimlər təhlükə elan ediblər! Araşdırmalar nəticəsində məlum olmuşdur ki, müxtəlif ölkələrdə yaşayan qadınların çox hissəsinin istifadə etdiyi saç boyalarının tərkibində elə maddələr vardır ki, onlar onkoloji xəstəliklərin inkişafı üçün provokator rolunu oynayır. Bir çox boyaların tərkibində olan ikinci dərəcəli aminlər kimi xüsusi kimyəvi maddələr, o səbəbdən təhlükəli sayılır ki, onlar, havada olan müxtəlif birləşmələrlə ( misal olaraq, tabak tüstüsü) reaksiyaya girdikdə, ən güclü kanserogen birləşmələr ifraz olunur. Alimlərin sözlərinə görə ən təhlükəlisi odur ki, ikinci dərəcəli aminlər, baş dərisinə uzun müddətli (aylar və hətta illərlə) çökə bilirlər. Bununla məlum olur ki, boyani nə zaman istifadə etməyinizdən və hansı boya istehsalçısını seçməyinizdən asılı olmayaraq özünüzü böyük təhlükəyə atmış olursunuz. Nəzərinizə çatdıraq ki, alimlər bir müddət əvvəl də, saç boyalarının, leykemiye, baş beyin, döş, yumurtalıq və sidik kisəsi xərçəngi kimi müxtəlif xərçəng xəstəliklərinin inkişafının stimulyatoru olduğunu bildirmişlər. 2009 -cu ildə alimlər və həkimlər xəbərdarlıq etmişlər ki, saçların tez-tez boyanması ( ildə 9 dəfədən artıq) leykemiya təhlükəsinin 60 % artırır. 2010-cu ildə isə Avropada daimi istifadəsi zamanı sidik kisəsi xərçənginə gətirən bir çox boyaların satışı qadağan edilmişdir. Statistikaya baxdıqda təhlükə qrupuna bir çox insanlar aiddir. Xanımların 1/3 hissəsi bunu gənc yaşlarından, digərləri isə gözəllik üçün olmasa da, yaşlandıqda bu boyalara üstünlük verməsi təəssüf ki, bu təhlükənin daim artması deməkdir. Mənbə:saglamolun.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 760
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN