SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Boyun, sinə və əllərdəki qəhvəyi rəngli ləkələri yox edən maskalar

whatsappda paylaş Whatsapp-la göndər
Boyun, sinə və əllərdəki qəhvəyi rəngli ləkələri yox edən maskalar
Günəşin təsiri nəticəsində dəridə melanosit adlı hüceyrələrin sayı sürətlə artır. Bu da dəridə tünd rəngli ləkələrin yaranması ilə nəticələnir. Həmin ləkələr, əsasən, boyun, üz, sinə, əllərdə və kürəkdə müşahidə edilir. Ləkələrin səbəbi hər zaman günəş olmaya bilər. Çünki qaraciyər xəstəlikləri və yaşlılıq da dərinin ləkələnməsinə səbəb olur. Hamiləlik, vitamin çatışmazlığı, həddən artıq stress kimi bəzi faktorlar da dərinin ləkələrlə örtülməsinə gətirib çıxara bilər. Qəhvəyi rəngli ləkələr sizi olduğunuzdan daha yaşlı göstərəcək. Odur ki, bu ləkələrdən xilas olmaq lazımdır. Limon maskası Bir ədəd limonu dilimləyin. Həmin dilimlərlə ləkələrin olduğu bölgələri ovun. Bu prosesi 10 dəqiqə davam etdirin. Daha sonra soyuq su ilə yuyun. Alternativ olaraq limon şirəsi ilə şəkər tozunu qarışdırıb ləkələrin üzərinə çəkin. 20 dəqiqə gözləyin. Maskanı ilıq su ilə təmizləyin. Yaşıl çay maskası Yaşıl çay antioksidantlarla zəngin olduğu üçün dərini bərpa edir. Gündə iki dəfə pambığı yaşıl çaya batırıb ləkəli bölgələri masaj edin. Su ilə təmizləməyə ehtiyac yoxdur. Süd maskası Sadə və ya şirin südlə ləkəli bölgələri masaj edin. 15 dəqiqə gözləyin. Daha sonra ilıq su ilə təmizləyin. Süd dəri ləkələrinin rəngini açacaq, hüceyrələri yeniləyəcək. Mənbə:publika.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 1475
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN