Dilin şişməsi hansı xəstəliklərin əlamətidir?

whatsappda paylaş Whatsapp-la göndər
Dilin şişməsi hansı xəstəliklərin əlamətidir?
Dil müxtəlif səbəblərdən şişə bilər. Çox vaxt biz buna əhəmiyyət vermir və keçib gedəcəyini düşünürk. Ancaq həkimlər bildirirlər ki, dilin şişməsi müxtəlif təhlükəli xəstəliklərdən xəbər verə bilər. Publika.az dilin şişməsinin hansı xəstəliklərin əlaməti olduğunu araşdırıb: Xərçəng Dilin şişməsi dedikdə ağla gələn ən təhlükəli xəstəlik dil xərçəngidir. Əgər dildəki şişkinlik 2 gün ərzində yox olmasa, həkimə müraciət etmək lazımdır. Dilin şişməsi ilə yanaşı, ağızda qanama, ağrı, qırmızı ləkələr, qulaqlarda da ağrı müşahidə edilirsə, dil xərçəngindən şübhələnmək olar. Allergiya Müxtəlif qidalara qarşı olan allergiya dilin şişməsinə səbəb ola bilər. Belə halda dil və boğaz şişir, dəridə qızartı əmələ gəlir. Insan nəfəs ala bilmir, öskürür, tez-tez asqırır. Dil həddən artıq şişərək nəfəs borusunu tutur. Bu ölümlə nəticələnə bilən dil şişməsidir. Belə halda dərhal həkimə müraciət etmək vacibdir. Dil iltihabı Dildə iltihab göbələk, dəmir çatışmazlığı, tütün, ədviyyatlardan həddən artıq istifadə və xörəkləri qaynar yedikdə yarana bilər. Dil iltihabı dil və boğazın şişməsinə səbəb olur. Nəticədə dilin rəngi dəyişir. Belə halla üzləşdikdə xəstəni təcili şəkildə həkimə çatdırmaq lazımdır. Mənbə:publika.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 1888
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN