loading...

Diqqət! Bu göstəricilər xəstəlik xəbərçisi ola bilər!

whatsappda paylaş Whatsapp-la göndər
Diqqət! Bu göstəricilər xəstəlik xəbərçisi ola bilər!
Solğun və quru dəri, uçuqlayan dodaqlar, qırılan dırnaqlar…. Diqqət edin, bu kimi göstəricilər xəstəlik xəbərçisi ola bilər! Bəzi xəstəliklərin siqnalı dəridən gəlir. Buna görə də dərinizdə yaranan ən cüzi dəyişikliyə qarşı biganə olmayın. Dəri nə üçün topa-topa qabıqlayır? Dəriniz həddindən çox quruluq səbəbindən topa-topa qabıqlayırsa, A vitamini çatışmazlığı buna səbəb ola bilər. Çünki A vitamini kifayət qədər qəbul edilmədikdə dəridə quruluq yaranır. Buna görə də A vitamini tərkibli qidalar, sink, E vitamini və Omega-3 yağ turşusu ilə dərinizi nəmləndirin. Siqaret çəkməkdən də uzaq durmalısınız. Qışda gündə ən azı 2 litr su içməlisiniz. Cildinizin solğun görünməsindən də xilas olun Dəmir çatışmazlığı və qansızlıq dərinizin solğun görünməsi səbəblərindən biridir. Buna görə də bu narahatlıqlara qarşı tədbir görməyiniz məsləhətdir. Balanslı formada beta karoten tərkibli portağal, qarpız, pomidor kimi qidalar yeməyiniz dərinizin daha sağlam, canlı və rəngli görünməsinə kömək olar. Dodaqlarda uçuqların yaranmasına səbəb nədir? Çox güman ki, immunitet sisteminiz zəifdir, ya da B vitamini çatışmazlığı var. Düzgün qidalanmamaq dəmir çatışmazlığı və D vitamini əskikliyi immunitetin azalmasına səbəb ola bilər. Dodaqlarda uçuqlar əsasən stress və psixoloji pozğunluq səbəbindən yaranır. Nəticədə stress, kədər, həyəcan, qorxu immunitet sistemini pozur. Bu isə dərinizə təsir edir. Ona görə də stresdən uzaq olun. Dırnaqlarınızın qırılması xəstəlik xəbərçisi ola bilər Müxtəlif xəstəliklər dırnaq qırılmalarına səbəb ola bilər. Əsasən mineral çatışmazlığı dırnaqlarda soyulma, qırılma kimi problemlərin yaranmasına gətirib çıxarır. Bədənin sağlam dırnaqlar üçün kalsium, magnesium, D vitamini və sink ehtiyacı var. Tünd yaşıl rəngli tərəvəzlər, süd məhsulları, qoz-fındıqlarla bu ehtiyacı ödəyə bilərsiniz. Gözəl, göz oxşayan dırnaqlar üçün günəş işığı və zeytun yağı qəbul etmək də önəmlidir. Mənbə:Aile.lent.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 684
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN