SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Boyundakı qırışlara qarşı alma şirəsi

whatsappda paylaş Whatsapp-la göndər
Boyundakı qırışlara qarşı alma şirəsi
Bədənimizin ən tez qocalan bölgələrindən biri də boyundur. Bir çox xanım üz qulluğuna diqqət etsə də, boyun bölgəsinə krem və ya maska çəkməyi unudur. Ona görə də boyun bölgəsi üzdən daha tez qocalır və qırışır. Boynunuzdakı qırışlardan xilas olmaq arzusundasınızsa, alma şirəsindən faydalana bilərsiniz. Alma A, C, E və B qrupu vitaminləri, həmçinin kalsium, kalium, maqnezium, fosfor kimi minerallar ehtiva edir. Odur ki, almadan həm sağlamlığımızı, həm də gözəlliyimizi qorumaq üçün rahatlıqla istifadə edə bilərik. Təzə almadan əldə edilən şirə ilə boyun bölgəsini silmək yaxşı effekt verə bilər. Həmçinin bir çay qaşığı alma sirkəsini eyni miqdarda alma şirəsi ilə qarışdıraraq üzünüzə və boynunuza çəkə bilərsiniz. Bu həm dərini nəmləndirir, həm də qırışları açır. Mənbə:publika.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 1881
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN