SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Botoksu əvəzləyən MASKA

whatsappda paylaş Whatsapp-la göndər
Botoksu əvəzləyən MASKA
Üzdə yaşla bağlı yaşanan dəyişikliklər heç bir qadını sevindirmir. Üzdə yaşlılığın ilk xırda əlamətini görən kimi tez onu yox etməyə çalışırlar. Buna görə də ya kosmetoloqun yanına gedib botoks etdirir, ya da bıçaq altına yatırlar. Ancaq bunsuz da üzdəki xırda qırışlardan xilas olmaq mümkündür. Aile.lent.az dəridəki yorğunluq və yaşlılıq əlamətlərini yox edəcək nişastalı (kraxmallı) maskanı təqdim edir. - 1-1.5 x/q kartof nişastası - 5 x/q kök suyu - 1 x/q smetan - 0.5 stəkan su Kartof nişastasını (kraxmalı) su ilə qarışdırın. Qarışımı tavaya tökün. Sonra 0.5 stəkan qaynar su əlavə edib tündləşənə kimi qaynadın. Üzərinə kök suyu və smetan əlavə edin. Yaxşı qarışdırıb soyudun. Nazik təbəqə şəklində üzünüzə çəkib 20-25 dəqiqə gözləyin. İsti su ilə yuyub nəmləndirici vurun. Qalanını da soyuducuda saxlayın. 3 gün ard-arda gecə çəkin. 1 həftə sonra yenə təkrarlayın. İstifadədən sonra dərinizə toxunduqda yumşaq olduğunu hiss edəcəksiniz. Mənbə:Aile.lent.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 2855
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN