loading...

Meyvələr də kökəldərmiş

whatsappda paylaş Whatsapp-la göndər
Meyvələr də kökəldərmiş
Sağlam qidalanmanın əsasını təşkil edən meyvələr o qədər də ziyansız deyil. Modern.az tanınmış dietoloqların məsləhətlərinə əsasən bildirir ki, artıq çəkidən xilas olmaq istəyənlər meyvə pəhrizinə çox da aludə olmamalıdırlar. Məsələn, çoxları düşünür ki, pəhriz zamanı gündə istənilən qədər meyvə yemək olar. Amma artıq kiloları atmaq istəyənlər əslində iki porsdan çox meyvə yeməməlidir. Çünki çox meyvə aclıq hissini aparmır, əvəzində isə doyumluluq hissini korlayır. Arıqlamaq istəyənlər meyvələri günün birinci yarısında yeməlidir. Çünki axşamüstü orqanizmdə maddələr mübadiləsi zəifləyir. Axşam şirin meyvə yesəniz, onda onların tərkibindəki şəkər də yaxşı həzm olmayacaq, piy qatına keçəcək. Dietoloqlar hesab edirlər ki, ideal variant meyvələri gündüz saat 11-12 arası yeməkdir. Bu zaman turş alma, banan yaxud şaftalı yemək olar.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 538
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN