SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Üz dərisinin təbii vasitələrlə ağardılması

whatsappda paylaş Whatsapp-la göndər
Üz dərisinin təbii vasitələrlə ağardılması
Dərinin rəngini "açmaq", piqment ləkələri və çilləri daha görünməz etmək üçün bir çox təbii vasitələr var. Lazım olan effekt almaq üçün bu vasitələri uzun müddət ərzində istifadə etmək lazımdır. - Süd və süd məhsulları çox gözəl ağardıcı vasitələrdir. Ən sadə üsul - gündə bir neçə dəfə üzünüzü süddə və ya qatıqda isladılmış steril pambıq disklə silin. Belə maska da hazırlamaq olar - 2 xörək qaşığı kəsmik, 1 dənə yumurta sarısı, 1 çay qaşığı limon şirəsi qarışdırılır və təmiz üz dərisinə çəkilir. 20 dəqiqədən sonra maskanı sərin su ilə yuyun. - Limon da çox yaxşı ağardır. Limondan belə bir təbii losyon hazırlamaq olar - 1 limon xırda doğranılır, üzərinə 1 stəkan isti su əlavə olunur və 3-4 saat ərzində saxlanılır. Daha sonra bu suda pambıq disk isladıb gün ərzində bir neçə dəfə üzünüzü silin. Çox effektli ağardıcı maska - 1 dənə yumurtanın ağı, 1 çay qaşığı limon şirəsi, bir qədər su yaxşı qarışdırılır və təmiz üz dərisinə nazik qatla çəkilir. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun və qidalandırıcı krem çəkin. Nəzərinizə çatdıraq ki, limon dərini qurudur. Bu səbəbdən dərisi quru olan qadınlar üz üçün limon şirəsi ilə maska hazırladıqda mütləq qaymaq və ya yağlı xama əlavə etməlidir. - Cəfəri çox yaxşı təbii ağardıcı vasitədir. Cəfəridən çox effektli təbii losyon hazırlamaq olar. 1 dəstə cəfəri yaxşı təmizlənir, yuyulur və xırda doğranılır. Üzərinə 1 stəkan qaynar su əlavə olunur və 2 saat ərzində dəmlənilir (termosda dəmləmək daha yaxşıdır). Daha sonra dəmləməni süzün və gün ərzində üzünüzü tez-tez bu dəmləmədə isladılmış disklə silin. Bu dəmləmədən həmçinin kosmetik buz hazırlamaq olar. Dəmləməni buz üçün olan konteynerə tökün və buzxanaya qoyun. Hər gün bu buzla üz dərisini silin. Ağardıcı effektdən əlavə, belə kosmetik buz üz dərisini cavanlaşdırır, daha dartılmış və elastik edir. Yağlı dəri üçün bu vasitə uyğun gəlmir. - Xiyar da dərini ağardır. Xiyarın şirəsini çəkin, bu şirədə pambıq parça isladın və üzünüzdə 20 dəqiqə ərzində saxlayın. Xiyarın dilimini blenderdə əzin, 1/2 çay qaşığı limon şirəsi, 2 xörək qaşığı kəsmik əlavə edib qarışdırın və üz dərisinə çəkin. 20 dəqiqədən sonra maskanı sərin su ilə yuyun. - Mavi gil dərini ağardır və daha təravətli edir. Gili su ilə qarışdırın (sıyıq kimi alınmalıdır), 1 çay qaşığı limon şirəsi əlavə edin və yaxşı qarışdırın. Təmiz üz dərisinə çəkin və 20 dəqiqədən sonra sərin su ilə yuyun. - Çiyələk dərini çox yaxşı ağardır. Meyvəni kəsin və üz dərisinə sürtün. 20 dəqiqədən sonra üzünüzü yuyun. Çiyələk, limon allergik reaksiyalara səbəb ola bilər. Bu səbəbdən onları əvvəl dərinin kiçik hissəsinə çəkin və reaksiya baxın. Mənbə:saglamolun.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 1821
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN