SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Dəri problemlərindən azad olmaq üçün ucuz və təsirli vasitə

whatsappda paylaş Whatsapp-la göndər
Dəri problemlərindən azad olmaq üçün ucuz və təsirli vasitə
Müasir dünya farmasevtik sənayesi hər il yeni-yeni dərman preparatları istehsal edir. Lakin bəzi köhnə və ucuz vasitələr var ki, bu vasitələr çox yaxşı müalicəvi effekt verir və hətta bahalı müasir prepartalarından da effektlidir. Bu vasitələrdən biri kükürd məlhəmidir. Kükürd məlhəmi köhnə və sınanmış müalicəvi vasitədir. Bu məlhəmin tərkibi çox sadədir - vazelin, su və kükürd. Kükürd insan toxumalarına daxil olan makroelementdir. Beləliklə, bu maddə insan orqanizmi üçün yad deyil və bu səbəbdən kükürd məlhəminin istifadəsi zamanı allergik reaksiyaların inkişafının riski daha azdır. Kükürd məlhəmi ifadə olunmuş antiseptik və iltihabəleyhinə təsirinə malikdir. Bu məlhəm psoriaz, qotur, dermatit, civzələr, irinli səpgilər kimi dəri problemlərini həll etməyə kömək edir. Bundan əlavə kiçik yaralar, sıyrıntılar və s. kimi dəri zədələnmələri kükürd məlhəmin köməyi ilə daha tez sağalır. İrinli səpgilər zamanı kükürd çox yaxşı müalicəvi təsir edir - səpgiləri qurudur, iltihabı aradan qaldırır. Məlhəmi yalnız səpgilərin üzərinə çəkmək lazımdır - bütün üz dərisinə yox. Nadir hallarda olsa da kükürd məlhəmi allergik reaksiyalara səbəb olur (daha doğrusu bu məlhəmə qarşı fərdi dözümsüzlükdür). Bu zaman məlhəm çəkilmiş yerdə yandırma hissi, qaşınma, qızarma mümkündür. Bu səbəbdən məlhəmi istifadə etdikdən əvvəl test edin - məlhəmi qulağın arxasına çəkin. Əgər 2 saatdan sonra dəridə qızarma, qaşınma və s. yoxdursa, məlhəmi istifadə edə bilərsiniz. Mənbə:saglamolun.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 1756
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN