SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Dəri ləkələrini yox edən qatıq və pomidor maskası

whatsappda paylaş Whatsapp-la göndər
Dəri ləkələrini yox edən qatıq və pomidor maskası
Daha ağdərililər dəbdə deyil. Buna baxmayaraq, bir çox brend “ağardıcı” deyilən xüsusi vasitələr istehsal edir. Bu, sizi çaşdırmasın. Həmin vasitələr ağartmır, sadəcə, dərinin rəngini bir ton açaraq daha parlaq görünməsini təmin edir, ləkələri təmizləyir. Bu da daha gənc görünməyinizə səbəb olur. Əgər siz də günəş və hamiləlik ləkələrindən, həmçinin, sızanaq izlərindən xilas olmaq istəyirsinizsə, həmin ağardıcı vasitələrdən istifadə etməlisiniz. Ancaq bunun üçün bahalı brendlərə müraciət etməyinizə ehtiyac yoxdur. Çünki evdə hazırlayacağınız maskalar da sizə kömək edə bilər. Qatıq maskası 1 xörək qaşığı yağsız qatığın üzərinə yarım çay qaşığı limon şirəsi əlavə edib qarışdırın. Maskanı göz ətrafı istisna olmaqla bütün üz dərisinə çəkin. Əgər boyun və sinə bölgəsində, həmçinin, qollarınızda və çiyinlərinizdə də ləkələr varsa, bu maskanı həmin bölgələrə də çəkə bilərsiniz. Maskanı 20 dəqiqə saxlayıb ilıq su ilə təmizləyin. Pomidor maskası 1 ədəd kiçik pomidoru rəndələyib 1 xörək qaşığı yulaf əzməsi ilə qarışdırın. Maskanı ləkələrin olduğu bölgəyə çəkib 15 dəqiqə gözləyin. İlıq su ilə təmizləyin. Bu maskanı həftədə iki dəfə çəkməlisiniz. Mənbə:publika.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 2926
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN