SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Bürclərə ən çox uğur gətirən rənglər

whatsappda paylaş Whatsapp-la göndər
Bürclərə ən çox uğur gətirən rənglər
Zehninizi və ruhunuzu sakitləşdirməyin bir çox üsulları var. Amma ən asan üsul bürcünə uyğun olan rəngi tapmaqdır. Belə ki, bu rənglər həmin bürcün sahibinə uğur gətirir, həm də əhvalını qaldırır. Publika.az bölməsi bürclərin ən uğurlu rənglərini araşdırıb. Aktiv insanları qırmızı rəng təmsil edir. Qoç bürcü də aktiv olduğu üçün qırmızı birbaşa onların uğur və şans simvoludur. Dinamikanı ifadə edən qırmızı eyni zamanda qərarlı insan olduğunuzu da bildirir. Qəhvəyi realistlərin rəngidir. Buğaların da ən uğurlu rəngi qəhvəyidir. Torpaq rəngi olan qəhvəyi əsasən iş görüşlərində və özəl günlərdə bacarıqlı insanların gücünü simvolizə edir. Ehtişamı təmsil edən tünd bənövşəyi Əkizlərə ən uyğun olan rəngdir. Tünd bənövşəyi insanların şüur altında gizlənən fikirlərini üzə çıxarır. Sevgi və ehtirası təmsil edən zoğalı, sakit və duyğusal Xərçənglərin rəngidir. Zoğalı bu bürcünün nümayəndələrinə həm çox yaraşır, həm də onları sakitləşdirir. İstiliyin rəmzi olan sarı Şir üçün ən ideal rəngdir. Şən və gülərüz Şir bürcünün ən uğurlu rəngi ağlı təmsil edən sarıdır. Günəşin rəmzi hesab olunan narıncı Qız bürcünün ən uğurlu rəngidir. Şirin və sevimli bürcün nümayəndələrinə diqqətçəkən narıncı rəng çox yaraşır. Təbiətin ən gözəl rəngi yaşıl Tərəzilərə rahatlıq verir. Bu rəng onların romantikliyindən xəbər verir. Əqrəb bürcünün uğurlu rəngi tünd-göydür. Xüsusən də iş adamları bu rəngə tez-tez müraciət edir. Kosmik rəng kimi ifadə edilən tünd-göy Əqrəblərin xasiyyətinə çox uyğun gəlir. Bu rəng insanlara çox güclü təsir göstərir. Mavi rəng Oxatan bürcünə uğur gətirir. Dəniz və səma rəngi olan mavi Oxatanları sakitləşdirib əhvalını qaldırır. Yəni, onlar üzərində təsiri böyükdür. Oğlaq bürcülərinin ən uğurlu rəngi zümrüd rəngidir. Şən, eyni zamanda sakitliyi təmsil edən zümrüd rəngi oğlaqları təmsil edir. Dolçanın əsas rəngi ağdır. Ağ iqtidarın, məsumluğun və dözümlülüyün rəngidir. Saflığı simvolizə edən ağ Dolçalara şans gətirir. Ağır, ciddi və hökmranlığı təmsil edən qara Balıq bürcünün rəngidir. İşığı yox edən qara rəng Balıqlara şans gətirir. Belə ki, onlar ciddi iş görüşlərində qara geyinərlərsə, fikrini asanlıqla toplaya bilərlər. Mənbə:publika.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 1579
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN