SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Paltarın qolunun altındakı sarı tər ləkələrini çıxaran məhlul

whatsappda paylaş Whatsapp-la göndər
Paltarın qolunun altındakı sarı tər ləkələrini çıxaran məhlul
Yayın gəlişi və havanın temperaturunun yüksəlməsi ilə bədənimiz, adətən, daha çox tər ifraz edir. Bu isə o deməkdir ki, paltara sarı tər ləkələri düşdüyü üçün onu hər gün dəyişməli olacağıq. Lakin sarı ləkələrin öhdəsindən gəlmək çox çətindir, hətta onlarla mağazalarda satılan ağardıcılar belə bacarmır. Əgər bu məsələ sizə tanışdırsa, Publika.az-ın təqdim etdiyi məsləhəti mütləq sınaqdan keçirin. Bu sadə resept paltarlardan sarı tər ləkəsini təmizləyəcək və sevdiyiniz geyimi xilas edəcək. Lazım olacaq ləvazimatlar: - Qabyuyan şampun 1 çay qaşığı - Hidrogen peroksidi 3-4 çay qaşığı - 2 xörək qaşığı soda Hazırlanması: Bütün inqrediyentləri qarışdırın və onu sarı ləkələr olan hissəyə sürtməyə başlayın. Paltarı bir qədər belə saxlayın, sonra yuyun. Nəticə sizi mütləq təəccübləndirəcək. Ən əsası isə bu faydalı məlumatı dostlarınızla paylaşamağı unutmayın! Mənbə:publika.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 1365
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN