SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Ağciyər xəstəliklərini müalicə edən ucuz və təbii vasitə

whatsappda paylaş Whatsapp-la göndər
Ağciyər xəstəliklərini müalicə edən ucuz və təbii vasitə
Sarımsağın dəri və bədən sağlamlığına faydaları saymaqla bitmir. Yeməklərə verdiyi ləzzətli tamla yanaşı möcüzəvi faydaları olan sarımsağın dəri, saç və bədən üçün də bir çox faydası var. Saç baxımından təzyiqə, soyuqdəymədən bronxitə qədər bir çox faydası olan sarımsağın eyni güclü təsiri sarımsaq yağı üçün də keçərlidir. Sarımsaq yağı tərkibindəki antioksidanlar sayəsində kəpək problemi yaşayanlar üçün həll yoludur. Qırılmış və korlanmış saçlarınız varsa, arqan yağı ilə birgə istifadə edəcəyiniz sarımsaq yağı saçlarınıza müsbət təsir edəcək. Dəridə meydana gələn göbələk problemlərini həll edən sarımsaq yağı, E vitamini və hindqozu yağı ilə birgə qarışım şəklində hazırlansa, müntəzəm istifadə edildiyində dəri göbələklərinə müsbət təsir edir. Antibakterial xüsusiyyəti baxımından dəridə meydana gələn sızanaq problemlərinin müalicəsində təsirlidir. Sarımsaq yağı yüksək təzyiqi aşağı salmaqla yanaşı damar tıxanmasının qarşısını alır və qan şəkərini tənzimləyir. Ağciyər xəstəliklərinin müalicə edici xüsusiyyəti olan sarımsaq yağı eyni zamanda xolesterolu nizamlayır. Vərəm, bronxit, öskürək kimi ağciyər problemlərinə şəfa sarımsaq yağından gəlir. Bağırsaq şişlərinin yaranma riskini azaldan sarımsaq ağciyər xərçəngi olma riskini də azaldır. Mənbə:Aile.lent.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 996
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN