SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Uşaqlarınızı bu qidalardan uzaq tutun - XƏBƏRDARLIQ!

whatsappda paylaş Whatsapp-la göndər
Uşaqlarınızı bu qidalardan uzaq tutun - XƏBƏRDARLIQ!
Məktəbdə və evdə yeyilən qidaları seçərkən diqqətli olmaq lazımdır. Uşaqların qida seçimi onların inkişafına təsir edir. Uşaqları hansı qidalardan uzaq tutmaq lazımdır, yemək zamanı hansı qidalar üstünlük təşkil etməlidir? Aile.lent.az bununla bağlı bəzi məsləhətləri təqdim edir. Uşaqların sağlam qidalanması üçün dörd qrupa bölünən qidalardan lazımi miqdarda və balanslı bir şəkildə qidalanmaları önəmlidir. Süd qrupunda yer alan süd, qatıq, ət qrupunda ət, toyuq, yumurta, quru paxlalılar, tərəvəz, meyvə və taxıl qrupunda olan çörək, bulqur, makaron, düyü və s. qidaların hər yeməkdə lazımi miqdarda yeyilməsinə diqqət etmək lazımdır. Səhər yeməyi uşaqlarınızın məktəbdə uğur qazanmasına təsir edir. Uşaqların xüsusən sümük və dişlərinin inkişafı üçün hər gün imkan daxilində 2-3 stəkana qədər süd və ya qatıq, 1 kibrik qutusu ölçüsündə ağ pendir yemələri önəmlidir. Bununla yanaşı, xəstəliklərə qarşı daha müqavimətli olmaları, sağlam böyümə və inkişafları üçün hər gün ən azı 5 boşqab təzə tərəvəz və ya meyvə yeməkləri məsləhətdir. Şagird və tələbələr üçün ən önəmlisi səhər yeməyidir. Bütün gecə davam edən aclıqdan sonra bədən və beyniniz günə başlamaq üçün enerjiyə ehtiyac duyur. Səhər yeməyi yeyilmədikdə diqqət dağınıqlığı, yorğunluq, baş ağrısı və zehnin performansında azalma yaranır. Buna görə də günə kifayət qədər və balanslı səhər yeməyi ilə başlamaq şagird və tələbələrin məktəb uğurlarının artmasında son dərəcə önəmlidir. Uşaqları hər gün səhər nizamlı olaraq səhər yeməyi yeməyə vərdiş etdirmək lazımdır. Pendir, təzə meyvə və ya meyvə suları, bir neçə dilim çörək, 1 stəkan süd uşaqlar üçün səhər yeməyinə kifayət edər. Xüsusən keyfiyyətli zülal, zəngin vitamin və mineral tərkibli qaynadılmış yumurtanın tez-tez yeyilməsi məsləhətdir. Uşaqlarınızı açıqda satılan qidalardan uzaq tutun! Açıqda satılan qidalar kifayət qədər güvənli və təmiz deyil. Bundan başqa, uyğun şərtlərdə mühafizə edilmədikləri üçün tez xarab olma riskləri var. Buna görə də xüsusən də məktəbin əhatəsində açıqda satılan qidalar qətiyyən alınmamalıdır. Uşaqların məktəb yeməkxanaları, bufetlər kimi müxtəlif yerlərdən satın aldıqları qidaların seçimində də diqqətli olmalısınız. Süd, ayran kimi qabda satılan qidaları alarkən etiketinin olub-olmamasına, orada yerləşdirilən məlumata, son istifadə müddətinə, qabsız satılan qoğal, peraşki kimi xəmir qidalarının təmiz və güvənli şəkildə hazırlanmasına əmin olmaq lazımdır. Məktəbdə və ya evdə dərs hazırlayan zaman yeyilən qidalar da önəmlidir. Misal üçün, şirniyyatlar, tərkibində şəkər olan, çipsi kimi yağlı və duzlu qidalar, qazlı içkilər yerinə süd, qatıq, südlü şirniyyatlar, çörəyin arasına qoyulmuş pendir, təzə sıxılmış meyvə suları, çərəzlər, qurudulmuş meyvələr kimi qidaların yeyilməsi daha məsləhətlidir. Qida çantası və su qabları hər gün təmizlənməlidir. Uşaqlar siqaret çəkilməyən məkanlarda olmalıdırlar, onların yanında siqaret çəkməyə icazə vermək olmaz və hətta yaşadığınız evdə siqaretin çəkilməsinə qəti qadağa qoymaq lazımdır. Uşaqlar bu qidalardan uzaq durmalıdırlar Qəhvə: İnfarkta yol açmaqla yanaşı yuxusuzluq və dişlərdə saralmaya yol açır. Kartof qızartması (free): Kartof qızartması uzun müddət yeyilərsə, tərkibindəki akrilamid maddəsi damar sərtliyi, şişkinlik və xərçəngin yaranmasına səbəb olur. Kolbasa, sosiska: Tərkibində natrium nitrit olan kolbasa və sosiskanın yeyilməsi xərçəng xəstəliyinin yaranmasına səbəb olur. Çipsi: Mütəxəssislər çipsi yeməyin yağ içməkdən fərqi olmadığını deyir. Bu qida xərçəng xəstəliyindən piylənməyə, şəkər xəstəliyindən unutqanlığa qədər bir çox xəstəlik yaradır. Asitli içkilər: Tərkibində asit olan bu cür içkilərin mədə və bağırsaq xəstəlikləri yaratma ehtimalı var. Hazır şorba: Toz halına gətirilmiş, dəfələrlə istehsal olunmuş, içərisində həddən çox qatqı maddələri olan hazır şorbalar xərçəngə yol açır. Rəngli şirniyyatlar: İçərisində rəng yaradan kimyəvi maddələr olan şirniyyatlar diş çürüməsi başda olmaqla, piylənmə, şəkər xəstəliyi, ürək və qan dövranı xəstəlikləri, xərçəng, yüksək təzyiq, iflic, xora, astma, revmatizm, xroniki yorğunluq sindromu və sümük əriməsinə səbəb olur. Çiy yumurta: Çiy yumurtanın təkibində zərərli salmonella mikrobu var ki, bu da müxtəlif xəstəliklər törədə bilər. Hazır meyvə suları: Hazır meyvə sularının tərkibində qatqı maddələri, eyni zamanda qlükoza, yəni şəkər səviyyəsi yüksək olur. Ona görə də evdə təzə sıxılmış meyvə sular içmək məsləhətdir. Spirtli içkilər: Spirtli içkilər beyin və sinir sisteminə mənfi yöndə çox böyük təsir edir. Mənbə:Aile.lent.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 1577
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN