loading...

Depressiyaya düşməmək üçün balıq yeyin!

whatsappda paylaş Whatsapp-la göndər
Depressiyaya düşməmək üçün balıq yeyin!
Aparılan araşdırmalar tez-tez balıq yeyənlərin depressiyaya düşmədiyini sübut edib. 150 mindən çox insanın iştirak etdiyi 26 müxtəlif araşdırmanın nəticələri balığın depressiyaya düşmək riskini təxminən 17 faiz azaltdığını göstərib. Tədqiqatçılar bunu balığın tərkibindəki yağ turşuları ilə əlaqələndirirlər. Belə ki, balığın ehtiva etdiyi omeqa3 yağ turşuları dopamin ve serotonin hormonlarının daha aktiv olmasını təmin edir. Bu da insanın özünü daha xoşbəxt hiss etməsinə və depressiyadan uzaqlaşmasına səbəb olur. Ancaq araşdırmaçılar depressiyaya qarşı hansı balıq növünün daha təsirli olduğunu müəyyənləşdirə bilməyiblər. Tədqiqatlar davam edir. Mənbə:publika.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 547
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN