SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Dərinizin rəngini badamla açın - MASKA

whatsappda paylaş Whatsapp-la göndər
Dərinizin rəngini badamla açın - MASKA
Dərinizdə yaranan ləkələr, günəşin sizə hər zamankından daha çox təsir etməsi, böyüyən məsamələrlə bərabər dəyişən dəri rəngi… Bunların hamısı yaşlanmağa - geriyə dönüşü olmayan bir yola başlamağınızın göstəriciləridir. Lakin bu müddəti uzatmaq sizin öz əlinizdədir. Əgər dərinizin rəngini açmağa çalışmırsınızsa, təbiətin bezdirici təsirlərinə qarşı heç bir tədbir görmürsünüzsə, nəticələr sizi təəssüfləndirə bilər. Aile.lent.az bunun qarşısını almağın yollarından birini sizə təqdim edir. Əslində pul ödəyib kosmetik kremlərdən istifadə etmək məcburiyyətində deyilsiniz. Təbiətin bəxş etdiyi bitkilər arasında ağardıcı qabiliyyəti olanları çoxdur. Misal üçün, badam bir ağartma vasitəsidir. Lazım olan vasitələr və hazırlanması: Yarım stəkan badamı suya qoyun və 1 gecə gözləyin. Səhəri gün açıq havada yaxşı-yaxşı əzin (bunu mikserlə də edə bilərsiniz). Üzərinə 1 kiçik çay qaşığı qaynar su tökün. Alınan qarışığa yarım limonun suyunu sıxın. Üzünüzə çəkin və 30 dəqiqə sonra yuyun. Bunu mütəmadi etsəniz, üzünüzün ağardığını görəcəksiniz. Mənbə:Aile.lent.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 1334
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN