SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Yağlı dərini sızanaqlardan azad edən gil maskası

whatsappda paylaş Whatsapp-la göndər
Yağlı dərini sızanaqlardan azad edən gil maskası
Yağlı dəri tipinə sahib olanlar sızanaqlardan və qara nöqtələrdən əziyyət çəkirlər. Bu problemlərdən xilas olmaq üçün dəriyə vaxtaşırı qulluq etmək lazımdır. Yağlı dəriyə ən yaxşı təsir edən vasitə gildir. Publika.az ən təsirli gil maskasını təqdim edir: Tərkibi: 3 xörək qaşığı ağ gil 1 çay qaşığı şəkər tozu 2 xörək qaşığı maya 2 çay qaşığı ilıq su Hazırlanması: Mayanı ilıq suyun içərisinə töküb əriyənə kimi qarışdırın. Daha sonra şəkər tozunu qatıb əriməyini gözləyin. Ağ gili qarışığa əlavə edib qarışdırın. Maskanı 15 dəqiqə otaq temperaturunda saxlayın. Daha sonra maskanı üz və boyun dərisinə çəkib uzanın. Təxminən 30 dəqiqə danışmadan, hər hansı mimik hərəkət etmədən maskanı üzünüzdə saxlayın. Sonra üzünüzü ilıq su ilə təmizləyin. Gil maskasının faydaları: Ölü dəri hüceyrələrini təmizləyir. Dərinin yağ balansını tənzimləyir. Sızanaqları azaldır. Məsamələri daraldır. Mənbə:publika.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 2765
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN