SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Beynini və dilini “tərbiyə” edərək 6 ayda arıqla!

whatsappda paylaş Whatsapp-la göndər
Beynini və dilini “tərbiyə” edərək 6 ayda arıqla!
Nə qədər pəhriz saxlasanız da, axırda nəfsinizə təslim olub ideal çəkidən daha da uzaqlaşırsınız? Elə isə mütəxəssislərin məsləhətlərini qulaqardına vurmayın. Dünyaca məşhur diyetoloqlar beyni və dili “tərbiyə” edərək 6 ayda sağlam həyat tərzinə keçməyin və arıqlamağın mümkün olduğunu açıqlayıblar. Bu mövzuda aparılan araşdırmaların rəhbəri doktor Suzan Roberts mütəmadi olaraq "fastfood" yeməkləri, yağlı və şəkərli qidalar yedikdə dil hüceyrələrinin yalnız həmin qidaları tanımağa başladığını və beynin bu dadlardan asılı hala düşdüyünü bildirib. Beyin sağlam qidalara 6 ay içərisində öyrəşir. Bunun üçün süfrəyə oturarkən önünüzə həm sevdiyiniz xörəklərdən birini, həm də sağlam həyat tərzinə uyğun qidalar qoyun. Əvvəlcə, xoşlamadığınız, ancaq sağlamlıq üçün yararlı olduğunu bildiyiniz qidaları yeyin. Məsələn, kabab yeyəcəksinizsə, ondan öncə bir boşqab yağsız salat yeyə və ya 1 porsiya brokkoli şorbası içə bilərsiniz. Beləliklə, mədəniz dolacaq və zərərli xörəkdən az yeməli olacaqsınız. Bunu 6 ay tətbiq edə bilsəniz, dilinizdəki hüceyrələr sağlam qidaların dadına öyrəşəcək. Beləliklə, brokkoli və ya kahı sizə dadsız gəlməyəcək. Özünüz də hiss etmədən şəkərli və yağlı qidaları menünüzdən çıxaracaqsınız. Alimlər bildirirlər ki, bu, əsəbləri pozmadan, orqanizmə zərər vermədən arıqlamağın ən yaxşı üsuludur. Mənbə:publika.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 814
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN