SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Payız üçün aktual obrazlar

whatsappda paylaş Whatsapp-la göndər
Payız üçün aktual obrazlar
Bu gün yayla vidalaşırıq. Odur ki, xanımları payız mövsümünün makiyaj yenilikləri ilə tanış etməyin əsl vaxtıdır. Publika.az-ın gözəllik bölməsi yeni mövsümü yaxşı əhval-ruhiyyədə qarşılamağı tövsiyə edir. Unutmayın ki, əhval-ruhiyyəniz necə göründüyünüzdən çox asılıdır. Gəlin, mövsümün makiyaj və saç dəbini birlikdə nəzərdən keçirək. Şaftalı palitrası Göz makiyajında yumşaq və təmiz şaftalı tonları bu payız gözlərinizin gözəl görünəcəyini vəd edir. Vizajistlər göz qapaqlarını, dodaqları və almacıq sümüklərini yarımşəffaf şaftalı tonları ilə vurğulamağın dəbdə olduğunu söyləyirlər. Nəticədə, rəng dəri ilə sanki birləşir, lakin bu zaman dəriniz öz təravətini itirmir, əksinə onu vurğulayır və ümumilikdə obrazı korlamır. Uzun at quyruğu Aşağıda toplanmış sadə at quyruğu saç düzümü ilin istənilən vaxtında aktualdır. Buna səbəb isə hər məkana uyğun olmasıdır. Lakin rezinin görünməməsi üçün saçınızdan bir az ayırıb rezinin ətrafına dolayıb sancaqlayın. Həmin kiçik sancaq isə saçınıza ancaq gözəllik verəcək. Əvəzolunmaz qırmızı Ötən il tünd-qırmızı dodaq boyaları aktual idisə, bu mövsüm gözəl və qətiyyətli qırmızının açıq tonları dəbdədir. Həmin rənglər üzünüzdə makiyaj olmasa belə, öz universallığı ilə sizi cazibədar göstərəcəyindən əmin olun. Toppuz Mürəkkəb formada yığılmış toppuz saç düzümü payızın əsas trendidir. Amma belə saç düzümünü özünüz də yığa bilərsiniz. Bunun üçün hörülmüş saçı dairəvi formada yığın və aralarına saç sancaqları keçirdin. Qəhvəyi göz kölgəsi Qəhvəyi göz kölgələrinin simfoniyasından yaranmış dumanlı göz makiyajı baxışlarınızı daha mənalı edəcək. “Tom Ford” moda evi də payız-qış kolleksiyasında makiyajda bu rəngdən istifadə etmişdi. Solğun manikür Payızda solğun tonlar, xüsusən də, yaşılın tutqun tonları daha populyar olacaq. Dəblə ayaqlaşmaq istəyənlər “Dior”-un 701 nömrəli “Métropolis” dırnaq boyalarına müraciət edə bilər. Aktuallığını itirməyən balerina toppuzu Boynun ortasında yığılmış yığcam və sadə balerina toppuz da aktuallığını itirməyən saç düzümüdür. Toppuzu sıx, yoxsa dağınıq olması öz öhdənizə buraxılıb. Mənbə:publika.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 1547
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN