loading...

Prolaktin hormonu

whatsappda paylaş Whatsapp-la göndər
Prolaktin hormonu
Qanın prolaktin hormonuna müayinəsi yalnız səhər saatlarında acqarına olmaqla, həkim tərəfindən müəyyən edilən gündə aparılır. Qan götürülməsindən bilavasitə qabaq qadın 30 dəqiqə sakit vəziyyətdə olmalıdır.Prolaktin hormonu ovulyasiya prosesində iştirak edir, doğuşdan sonra laktasiyanı stimullaşdırır. Qanda prolaktinin səviyyəsi artmış olduqda FSH-nun sintezi dayandırılır. Buna görə də follikul yetişmir və ovulyasiya da baş vermir. Normal halda prolaktin hormonunun səviyyəsi hamiləlik zamanı və uşağın əmizdirilməsi dövründə artmış olur. Prolaktinin patoloji artmasının (qadın hamilə deyilsə və uşağı əmizdirmirsə) səbəbləri:- hipofizin funksiyasının pozulması və ya onun şiş xəstəliyi;- hipotireoz (qalxanvari vəzi funksiyasının azalması);- polikistoz yumurtalıqlar sindromu;- B6 vitamininin çatışmazlığı;- böyrək çatışmazlığı;- qara ciyər sirrozu. Qanda prolaktin hormonunun səviyyəsi artıq olduqda süd vəzilərindən südün xaric olması, aybaşı tsiklinin pozulması (hətta aybaşının tamam kəsilməsinədək) kimi pozğunluqlar da baş verə bilər. Bundan başqa, prolaktin hormonunun artıq olması nəticəsində ovulyasiya da olmaya bilər ki, bu da sonsuzluqla nəticələnə bilər. Qanda prolaktin hormonunun aşağı olması isə hipofiz vəzinin çatışmazlığı zamanı baş verə bilər.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 1797
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN