SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Qara nöqtələri yox edən, soyularaq təmizlənən maska resepti

whatsappda paylaş Whatsapp-la göndər
Qara nöqtələri yox edən, soyularaq təmizlənən maska resepti
Qara nöqtələrin gözəlliyinizə kölgə salmağını istəmirsinizsə, mütəmadi olaraq xüsusi maskalardan istifadə edin. Qara nöqtələrə qarşı ən təsirli vasitə soyula bilən maskalardır. Su ilə təmizlənən maskalardan fərqli olaraq soyula bilən maskalar dərini daha dərindən təmizləyir, qara nöqtələrin yenidən yaranmasının qarşısını alır. Süd və bal maskası Tərkibi: - 1 xörək qaşığı bal - 1 xörək qaşığı süd Hazırlanması: Bal və südü bir kasaya töküb mikrodalğalı sobaya qoyun. Məcun halına düşənə kimi gözləyin. Daha sonra sobadan çıxarıb soyumağını gözləyin və fırça ilə qara nöqtələrin olduğu bölgələrə çəkin. 25 dəqiqə gözlədikdən sonra maskanı yavaş-yavaş soyun. Maskanı həftədə iki dəfə çəkməlisiniz. Salfet maskası Tərkibi: - 1 ədəd yumurtanın ağı - 1 xörək qaşığı limon şirəsi - Salfet Hazırlanması: Yumurtanın ağı ilə limon şirəsini qarışdırıb çırpın. Həmin qarışığı qara nöqtələrin çoxluq təşkil etdiyi yerlərə çəkin. Daha sonra salfeti üzünüzə yapışdırın. Salfetin sadə olmasına diqqət edin. Rəngli və şəkilli salfetlərdən istifadə etməyin. Fırça ilə salfetin üzərindən yenidən yumurta ilə limon qarışığını çəkin. Qurumağını gözləyin. Salfeti soyun. Daha sonra üzünüzü ilıq su ilə yuyub toniklə silin. Bu maskanı həftədə bir dəfə çəkmək kifayət edəcək. Mənbə:publika.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 4464
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN