SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Qızardılmış banan deserti - RESEPT

whatsappda paylaş Whatsapp-la göndər
Qızardılmış banan deserti - RESEPT
Ərzaqlar: - 3 ədəd orta boy banan - 1 çay qaşığı kərə yağı - 1/2 portağal - 1 xörək qaşığı qara şəkər - 2 xörək qaşığı krem - 1 xörək qaşığı balqabaq tumu Hazırlanması: Portağalın suyunu çıxarın. Bananları soyub böyük dilimlərə bölün. Kərə yağını yapışmaz tavada əridin. Dilim-dilim kəsilmiş bananları tavaya qoyub rəngi qəhvəyiləşənə qədər qızardın. Sonra bananları ocaqdan götürüb üzərinə portağal suyu və qara şəkər əlavə edin. Sonra qazanı yenidən ocağın üstünə qoyub köpüklənənə qədər qızardın. Tavadakı bananları sousla yaxşıca qarışdırın. Sonra boşqaba düzüb üstünə kremi tökün. Sonra balqabaq tumunu səpin. Nuş olsun! Mənbə:publika.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 860
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN