SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Kələm qovurması

whatsappda paylaş Whatsapp-la göndər
Kələm qovurması
Kələm ən faydalı və çox sevilən tərəvəzlərdəndir. Adətən, kələm deyəndə dolma yada düşür. Ancaq bu tərəvəzdən cürbəcür, dadlı və faydalı yeməklər, salatlar hazırlamaq olar. Publika.az bu gün sizə kələm qovurması reseptini təqdim edir: Tərkibi: - 1 ədəd kiçik, ağ kələm - 1 ədəd rəngli bibər (qırmızı və ya sarı) - 1 ədəd baş soğan - 3-4 diş sarımsaq - Duz - İstiot - 2 xörək qaşığı bitki yağı - Bir az şüyüd Hazırlanması: Sarımsağı, soğanı, bibəri, şüyüdü, kələmi incə-incə doğrayın. Əvvəlcə soğanla bibəri yağa töküb qovurun. Sonra içərisinə sarımsaqla şüyüdü də əlavə edib hamısını birlikdə 2-3 dəqiqə qovurun. Daha sonra içərisinə kələmi də qatın. Duz və istiotunu vurub qarışdırın. Kələm yumşalana kimi bişirin. Həmin vaxt ərzində yeməyinizi tez-tez qarışdırmağı unutmayın. Yemək hazırdır. İstəsəniz, bu qovurmanın üzərinə 1-2 ədəd yumurta da əlavə edib kükü halına gətirə bilərsiniz. Nuş olsun! Mənbə:publika.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 2634
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN