loading...

Normal cinsi həyat qadını gözəlləşdirir

whatsappda paylaş Whatsapp-la göndər
Normal cinsi həyat qadını gözəlləşdirir
Normal cinsi həyat qadını gözəlləşdirir. Seksdən əvvəl və sonra qadın vücudu bol miqdarda estrogen ifraz edir. Bu hormonun sayəsində saçlar daha parlaq görünür və tez uzanır. Bundan başqa, dəri hüceyrələri daha çox nəm qazanır. Hüceyrələr yenilənir, dəri elastik və yumşaq olur. Üzdəki kiçik qırışlar estrogen sayəsində düzəlir, eləcə də sellülitin yaranmasının qarşısını alır. Seks zamanı həmçinin ifraz olunan endorfin hormonu beyindəki ağrı mərkəzinə təsir edir. Sevişmə zamanı əzələlərin hərəkəti sayəsində qan dövranı güclənir, bu da bir çox ağrının kəsməsinə kömək edir. Ehtiraslı öpüş 34 əzələnin işləməsi deməkdir. Seks zamanı isə qarın, ayaq və arxa nahiyənin əzələləri çalışır. Seksin faydalı təsiri sayəsində ruh da gənc qalır. Seks zamanı damarlar genişlənir, bunun nəticəsində, ürək xəstəlikləri ilə qarşılaşmaq ehtimalı azalır. Aparılan araşdırmalar göstərir ki, həftədə bir və ya iki dəfə sekslə məşğul olmaq immunitet sistemini 30 faiz gücləndirir. İdeal çəkini qorumaq üçün seks ən yaxşı vasitədir. Belə ki, 20 dəqiqəlik bir cinsi əlaqə zamanı 200 kkal enerji itkisi baş verir. Təbii ki, yandırdığınız kalorinin miqdarı seks formalarından asılıdır. Cinsi həyatından məmnun olanlar daha gənc və gözəl qalırlar. Mənbə:qadinlar.biz
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 2078
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN