SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Qarışıq dəri tipi üçün evdə edə biləcəyiniz qulluq qaydaları

whatsappda paylaş Whatsapp-la göndər
Qarışıq dəri tipi üçün evdə edə biləcəyiniz qulluq qaydaları
Qarışıq dəri tipinə qulluq etmək çox çətindir. Çünki dərinin T bölgəsi, yəni alın, burun və çənədə yağlılıq hiss edildiyi halda, yanaqlarda quruluq, dartılma olur. Ona görə də belə dəri tipinə yağlarla və ya yağlılığı nəzarət altına alan vasitələrlə qulluq etmək olmur. Papaya və bananlı limon şirəsi Bananla papaya dərini nəmləndirən ən yaxşı vasitələrdən biridir. Limon şirəsi dərinizin yağlı olan bölgələrini müəyyən qədər qurudacaq, bananla papaya isə onu nəmlə təmin edəcək. Beləliklə, qüsursuz dəriyə qovuşacaqsınız. Bir qabın içərisinə bir az banan, bir az da papaya əlavə edib əzin. Bu pürenin üzərinə yarım limonun şirəsini əlavə edin. Qarışığı üzünüzə çəkib quruyana qədər gözləyin. Daha sonra üzünüzü ilıq su ilə yuyun. Portağal qabığı və lor pendiri ilə maska Portağal dərini C vitamini ilə təmin edir. Lor pendiri isə dərini nəmləndirir və möhkəmləndirir. Qurudulmuş portağal qabığını yaxşıca əzin və içərisinə bir az lor pendiri əlavə edib məcun halına gətirin. Qarışığı üzünüzə çəkib 20 dəqiqə gözləyin. Üzünüzü ilıq su ilə təmizləyin. Xiyarlı bal maskası Bu maskanın tərkibindəki bal dəriyə elastiklik bəxş edir və onu gəncləşdirir. Xiyar isə dərini nəm ilə təmin edir. Xiyarı rəndələyib suyunu sıxın. Xiyar şirəsinin üzərinə bir az bal əlavə edib qarışdırın. Maskanı təmiz dəriyə çəkin. Quruduqdan sonra üzünüzü soyuq su ilə yuyun. Qeyd edək ki, hər üç maskanı həftədə iki dəfə çəkmək lazımdır. Bu maskalardan birini seçə və ya hər üç maskanı sınaqdan çıxara bilərsiniz. Mənbə:publika.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 1448
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN