loading...

Bunu içənlər artıq çəkidən xilas olurlar

whatsappda paylaş Whatsapp-la göndər
Bunu içənlər artıq çəkidən xilas olurlar
İdeal çəkiyə qovuşmağı arzulayanlar sadəcə idman və pəhrizlə kifayətlənməməli, arıqlamağa kömək edən təbii vasitələrə də müraciət etməlidirlər. Belə vasitələrdən ən təsirlisi isə yağları əridən içkilərdir. Publika.az yağları əridib, əzələləri gücləndirən içki reseptini təqdim edir: Tərkibi: - 1 stəkan kefir - 1 ədəd banan və ya avokado - 1 çay qaşığı toz darçın - 1 çay qaşığı üyüdülmüş kətan toxumu Hazırlanması: Meyvəni mətbəx robotu vasitəsilə püre halına salın. Üzərinə kefiri, kətan toxumunu və darçını əlavə edərək yaxşıca qarışdırın. Axşamüstü saat 16:00-17:00 radələrində və ya gecə yatmazdan 3 saat öncə için. Axşamüstü içəndə aclıq və yorğunluq hissi aradan qalxır, axşam yeməyində daha az yeyirsiniz. Gecə yatmazdan öncə içdikdə isə səhərə kimi bədəninizdəki artıq yağlar əriyir və günə enerjili şəkildə oyanırsınız. İçkinin tərkibindəki kefir ehtiva etdiyi zülal sayəsində əzələləri gücləndirir, yağları əridir. Tərkibindəki kalsium maddələr mübadiləsini sürətləndirir. Bu da daha tez və asan şəkildə arıqlamağa kömək olur. İçkinin tərkibindəki darçın isə qandakı şəkərin miqdarını tənzimləyərək uzun müddət tox qalmağı təmin edir. Darçın, həmçinin, gün ərzində şirniyyat yeməyinizin də qarşısını alır. Mənbə:publika.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 1064
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN