loading...

Çuğundurun faydaları

whatsappda paylaş Whatsapp-la göndər
Çuğundurun faydaları
Payız və qış aylarının ən faydalı tərəvəzlərindən olan çuğunduru həm çiy, həm də bişmiş yemək olar. Bu tərəvəzdən bir-birindən dadlı salatlar və şorbalar bişirmək, həmçinin, şirəsini içmək mümkündür. 1. İflic, infarkt riskini azaldır Çuğundur kalium, maqnezium, dəmir, B6, A və C vitamini baxımından çox zəngindir. Ancaq onun ən faydalı xüsusiyyəti çoxlu miqdarda nitrat ehtiva etməsidir. Nitrat sayəsində iflic, infarkt riskini azaldır. Qandakı oksigenin miqdarını artırır. Ümumiyyətlə, mütəmadi olaraq çuğundur yemək ürək sağlamlığı üçün çox önəmlidir. 2. Antioksidant mənbəyidir Antioksidantlar immunitet sistemini gücləndirir. Həmçinin xolesterinin səviyyəsini aşağı salır. 3. Beyin üçün faydalıdır İnsan yaşlandıqca hafizəsi zəifləyir. Ancaq çuğundur yeyən insanların yaddaşı güclü olur. Çuğundur beyinə daha çox qan və oksigen getməsini təmin edir. 4. Sümükləri gücləndirir Çuğundurun tərkibindəki təbii minerallar sümükləri möhkəmləndirir, kalsiumun orqanizm tərəfindən daha yaxşı mənimsənilməsini təmin edir. Çuğundur sümükləri gücləndirən C vitamini, fol turşusu ilə də zəngindir. 5. Enerji verir Araşdırmalar çuğundurun bədənə enerji verdiyini ortaya çıxarıb. Hər hansı zehni və ya fiziki fəaliyyətdən öncə çuğundur yemək lazımdır. Beləliklə, bədən daha gec yorulur və halsızlığın qarşısı alınır. 6. Qandakı şəkərin miqdarını tənzimləyir Çuğundur qandakı qlükozanın səviyyəsini stabilləşdirir. Şəkər xəstələrinə həftədə 3 dəfə çuğundur şirəsi içmək məsləhət görülür. 7. Çəkini azaldır Çuğundur az kalorili, bol lifli tərəvəzlərdən biridir. Elə buna görə də bədəndəki yağları əridir, orqanizmi toksit və ödəmdən təmizləyir. 8. Xərçəngə qarşı Mütəmadi olaraq çuğundurdan istifadə edərək bağırsaq və qara ciyər xərçənginin qarşısını almaq olar. 9. Qanı təmizləyir Çuğundur qanı təmizləyən ən təsirli qidalardan biridir. Mütəmadi olaraq istifadə etdikdə qan çirkliliyinin səbəb olduğu dəri problemlərinin, o cümlədən sızanaq və cizvələrin qarşısını alır. 10. Yaşlanmağa qoymur Antioksidantlarla və vitaminlərlə zəngin olduğu üçün orqanizmi yaşlanmağa qoymur. 11. Kəpəklə mübarizə Zülal, fosfor, kaliumla zəngin olan çuğundur baş dərisinə də yaxşı təsir edir. Çuğundur yeyənlərdə baş dərisinə qan yaxşı işlədiyindən ölü dərilər təmizlənir, kəpəyin qarşısı alınır, dəri daha gec yağlanır, yeni tükün əmələ gəlmə prosesi sürətlənir. Mənbə:publika.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 3116
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN