SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Rəngsiz xına - üz dərisini qüsursuz edən əla vasitə

whatsappda paylaş Whatsapp-la göndər
Rəngsiz xına - üz dərisini qüsursuz edən əla vasitə
Hamı bilir ki, xına saçları sağlam və möhkəm edir. Lakin xına tək saçlar üçün deyil, üz dərisi üçün də çox xeyirlidir - dərini civzələrdən, sızanaqlardan əla təmizləyir, hamar, yumşaq edir, məsamələri kiçildir, dərinin rəngini yaxşılaşdırır, kiçik qırışları açır. Üz maskaları üçün yalnız rəngsiz xına istifadə olunmalıdır! Rəngsiz xına ilə maskalar əsasən yağlı, problemli (üzərində sızanaqlar və civzələr olan) dəri üçün istifadə olunur. Xına dərini qurudur və bu səbəbdən quru dəri üçün istifadə etdikdə xınanı yarıbayarı su və zeytun və ya badam, itburnu, ərik yağı ilə qarışdırmaq lazımdır. Üz dərisini təmizləyən maskalar: - Xına isti qaynanmış suda həll olunur, yaxşı qarışdırılır (sıyıq kimi alınmalıdır), soyudulur və təmiz üz dərisinə çəkilir. 15 dəqiqədən sonra maskanı sərin su ilə yuyun. - 2 xörək qaşığı kefir bir qədər qızdırılır, 1 xörək qaşığı xına ilə həmcins kütlə alınana kimi qarışdırılır və təmiz üz dərisinə çəkilir. 15 dəqiqədən sonra maskanı yuyun. - Maska-pilinq (dərini ölü hüceyrələrdən, çirkdən təmizləyir, rəngini yaxşılaşdırır). 1-2 xörək qaşığı rəngsiz xına isti suda həll olunur, yaxşı qarışdırılır və ilıq halda üz dərisinə çəkilir. Maska tam quruyandan sonra (20-30 dəqiqə çəkir) üzünüzü bir qədər isladın və barmaqların ucları ilə dərinizi 1-2 dəqiqə ərzində yaxşı təmizləyin (skrab kimi). Daha sonra üzünüzü ilıq su ilə yuyun və krem çəkin. Bu maskadan sonra dəri təmiz, yumşaq və hamar olur. Mənbə:Saglamolun.Az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 2301
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN