SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Qırmızı ət və səbzəli diyet yeməyi resepti

whatsappda paylaş Whatsapp-la göndər
Qırmızı ət və səbzəli diyet yeməyi resepti
Tərkibi: - 350-400 qram yağsız dana əti - 2 ədəd böyük badımcan - 2 ədəd yaşıl qabaq - 2 ədəd prasa - 1 ədəd yaşıl bibər - 1 ədəd qırmızı bibər - 3 qaşıq maye yağ - 1 kiçik qaşıq istiot - 1 kiçik qaşıq kəkotu qurusu - pul bibər (istəyə görə) - 2 diş sarımsaq (istəyə görə) Hazırlanması: Yeməyi hazırlanma əvvəlcə ətləri yuyun, suyunu süzün və istədiyiniz kimi doğrayın. Sonra təzyiqli qazana yerləşdirin, üzərinə 1 qaşıq maye yağ, bir çimdik duz və biraz istiot, pul bibər vurun. Səbzələrin hamısını yaxşıca yuyun, uzunlamasına doğrayın və qazandakı ətin üzərinə düzün. Bunların da üzərindən maye yağ, duz və ədviyyatları əlavə edin. Doğranmış ət tikələri qazanın alt hissəsində qalacaq şəkildə qarışdırın. Qazanı ocağın böyük gözünə yerləşdirin. Təzyiqli qazanın qapağını bağlayın. Ocaqda qazın səviyyəsini tam artçırın. İsinib buxar çıxmağa başladıqdan sonra ocağın temperaturunu azaldın və vam odda qırmızı ət və səbzəli diyet yeməyi 25 dəqiqə bişirin. Sonra ocağın üzərindən götürün. Yemək biraz dincəldikdən sonra isti – isti servis edin. Mənbə:dadli.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 1190
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN