SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Toyuqlu tako resepti

whatsappda paylaş Whatsapp-la göndər
Toyuqlu tako resepti
Tərkibi: - 2 ədəd toyuq sinəsi - 1/4 qırmızı kələm və ağ kələm - 1/4 kahı - 30 qram pendiri - 1 çay qaşığı kəklikotu - 3 ədəd taco - 1 xörək qaşığı sour cream sous - 1 su stəkanı arus plovu, duz Sour cream sous üçün: - 1 su stəkanı krem - 5 xörək qaşığı limon suyu - 2 su stəkanı qatıq - 2 diş sarmısaq, - Duz Arus plovu üçün: - 1 su stəkanı düyü - 3 xörək qaşığı duru yağ - Bir yarım su stəkanı su - 1 çay qaşığı pomidor tomatı - 15 qram toyuq bulyon - 1 çay qaşığı ağ istiot - 1 ədəd xırdalanmış sarmısaq - Doğranmış yarım soğan Hazırlanması: Əvvəlcə sour cream sousu hazırlayın. Çırpma teli və ya mikser ilə krem və limon suyunu köpüklənənə qədər çırpın. Qatıq, xırdalanmış sarmısaq və duz əlavə edib, yenidən çırpın. Arus plovu üçün düyüsü duru yağda qovurun. Ayrı bir qazanda su, sous, toyuq bulyon, ağ istiot, sarmısaq və soğanı yaxşıca qaynadın. Düyünü əlavə edib, ocağın altını azaldın. Qazanın qapağını bağlayıb, hərdənbir qarışdıraraq bişməyə qoyun. Toyuqları qızartmada önlü arxalı qızardıb, kub-kub doğrayın. Qırmızı kələm, ağ kələm və kahını incə doğrayın. Bir tavaya əlavə edib üzərinə toyuq əti, cheddar pendiri, kəklikotu və duz əlavə edib tavada qızardın. Bişən içliyi tavadan götürüb, yumşaq tacoların içinə pay edib sarıyın. Yenidən tavaya qoyub, qızardın. Sour cream sous və arus plovu ilə servis edin. Nuş olsun! Mənbə:dadli.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 865
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN